шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

ADPU-nun məzunları ilə görüş keçirilib

 

1983-1984-cü tədris ilinin Riyyaziyyat fakültəsinin məzunları ilə görüş keçirilib. Görüşü “Hissa” şadlıq sarayında Azərbaycan Dövlət Pedaqoji Universitetinin(ADPU) Tədris Departamentinin Məzun, koordinasiya və karyera bölməsi təşkil edib. 

Tədbiri bölmənin müdiri Könül Əsgərova açaraq məzunları ADPU-nun rəhbərliyi adından salamlayıb, təhsil sahəsində aparılan islahatlardan, universitetdəki yeniliklər və perspektivlər haqqında məlumat verib.

Sonra məzunlar kövrək və sevindirici anlar yaşayaraq ürək sözlərini söyləyiblər.  İş dünyasının müxtəlif sahələrində çalışan və respublikanın müxtəlif  bölgələrindən gəlmiş məzunlar öz çıxışlarında həmişə olduğu kimi təhsil sahəsində üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəklərini və müstəqil Azərbaycanın inkişafı naminə bilik və bacarıqlarını əsirgəməyəcəklərini əminliklə ifadə ediblər.

Məzunlar adından universitetin Riyaziyyat və informatika fakültəsinin Riyaziyyat və onun tədrisi metodikası kafedrasının baş müəllimi, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru  Cəmilə Abdullayeva çıxış edərək  rəhbərliyə  və bölmənin müdiri Könül Əsgərovaya təşkilatçılığına görə dərin minnətdarlığını bildirib.

Görüş konsert proqramı ilə başa çatıb.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi