шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

ADPU-nun nəzdində ADPK-də “Effektiv kommunikasiya” adlı təlim keçirilir

Aprelin 17-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində (ADPK) CPP Şirkətinin müəllimlər üçün nəzərdə tutulmuş “Effektiv kommunikasiya” adlı təlimi öz işinə başladı. Təlim ADPU-nun və ADPK-nin müəllimlərinin birgə iştirakı ilə təşkil olunub. Təlimi CPP Psixoloji Mərkəzinin təlimçiləri Ayan İsmayılova və Aydan Əzimzadə aparırlar. Kollecin direktoru, dosent İsrayıl İsgəndərov və ADPU-nun Məzun, koordinasiya və karyera bölməsinin müdiri Könül Əsgərova  təlimlərin başlanması münasibətilə təlim iştirakçılarını salamladılar və təlim iştirakçılarına uğurlar arzuladılar.

Kollecin tədris işləri üzrə direktor müavini, pedaqogika üzrə fəlsəfə doktoru Məhbubə Məmmədova təlimin keçirilməsinə dəstək olduqlarını bildirdilər

Təlimin təşkilatçısı kollecin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə direktor müavini Sevda Axundova öz növbəsində bu təlimlərin davamlı olmasını arzuladı.

.

 İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi