шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

ADPU-nun Şəki Filialında 31 Mart -Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçiriliib

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki Filialında  31 Mart –Azərbaycanlıların Soyqırımının 101-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirdə ADPU-nun Şəki Filialının professor-müəllim heyəti və tələbələr iştirak ediblər. Tədbirdə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan filialın Humanitar elmlər kafedrasının baş müəllim Tahir Məhərrəmov bu günün ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri bəşəri cinayət olan 31 mart soyqırım günü olduğunu və bu qanlı hadisədən 101 il ötdüyünü bildirib. Tahir Məhərrəmov mənfur ermənilərin  gələcəkdə Azərbaycan torpaqları hesabına “Böyük Ermənistan” adlı dövlət yaratmaq arzularını həyata keçirmək üçün zaman-zaman xalqımıza qarşı yürütdükləri iyrənc siyasətdən, törətdikləri qırğın və soyqırımdan söhbət açıb və bildirib ki, 31 mart soyqırımı bu vəhşiliklərin ən dəhşətlisidir. Bu dəhşətli hadisəyə hüquqi-siyasi qiymətin yalnız Azərbaycan dövləti müstəqillik qazandıqdan sonra verildiyini vurğulayan natiq bildirib ki, ümummilli lider  Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanına əsasən, 31 mart azərbaycanlıların soyqırımı günü kimi dövlət səviyyəsində qeyd olunur.

Tədbirdə Humanitar elmlər kafedrasının əməkdaşları baş müəllim Tahir Məhərrəmovun “31 mart 1918-ci il Azərbaycan türklərinə qarşı törədilmiş soyqırımı, erməni vandalizminin növbəti təzahür forması kimi”, baş müəllim Həbibullah Manaflının “31 mart 1918-ci ildə törədilmiş soyqırımı tarixçi tədqiqatçıların gözü ilə”, “Tarix və coğrafiya müəllimliyi” ixtisasının II tədris ilinin tələbəsi Hülya Qədirbəyovanın  “31 mart Azərbaycan türklərinin soyqırımı günüdür”, “Təhsildə sosial-psixoloji xidmət” ixtisasının II tədris ilinin tələbəsi Elvin Mabudlunun  “31 mart soyqırımı bəşəri cinayətdir”  adlı çıxışları dinlənilib. Çıxış edən natiqlər bu qanlı hadisənin tarixi kökləri, xalqımızın başına gətirilən  dəhşətli cinayətin vurduğu ziyan və itkilər haqqında ətraflı məlumat verib, dövlətimizin soyqırımı hadisəsinin beynəlxalq aləmdə tanınması istiqamətində həyata keçirdiyi məqsədyönlü işlərdən bəhs ediblər. 

 

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi