шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

ADPU-nun Şəki Filialında İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr edilmiş nümunəvi açıq dərs keçirilib

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki Filialında dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar silsilə tədbirlərin həyata keçirilməsinə başlanılıb. Tədbirlər ADPU-nun Şəki Filialının Humanitar fənlər kafedrasının təşkilatçılığı ilə həyata keçirilir. İlk tədbir aprelin 9-da  keçirilib.

Humanitar fənlər kafedrasının baş müəllimi Vaqif Aslanın “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisasının II tədris ili tələbələrinə “Azərbaycan ədəbiyyatı tarixi (XIII-XVIII əsrlər)” fənni üzrə İmadəddin Nəsimiyə həsr olunmuş mühazirəsi açıq dərs formatında təşkil edilib.

Açıq dərsdə Humanitar fənlər kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru Vüsal Baxışov, kafedranın bir qrup müəllimi və digər ixtisaslardan olan tələbələr  iştirak ediblər.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi