шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

ADPU-nun Şəki Filialında professor Əbdüləzəl Dəmirçizadənin 110 illiyi münasibətilə elmi seminar keçirilib

Aprelin 8-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki Filialında Azərbaycan dilçilik elminin inkişafında xüsusi xidmətləri olmuş professor Əbdüləzəl Dəmirçizadənin 110 illiyi münasibətilə universitetin Filologiya fakültəsinin Müasir Azərbaycan dili kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Yeganə Qəhrəmanovanın elmi seminarı keçirilib.

Filialın direktoru, riyaziyyat üzrə elmlər doktoru Rafiq Rasulov qonaqları salamlayaraq sözü ADPU-nun Filologiya fakültəsinin dekanı, professor Mahirə Hüseynovaya verib. Professor  M.Hüseynova Ə.Dəmirçizadənin Azərbaycan dilçiliyində xüsusi mövqeyini qeyd edərək dosent Y.Qəhrəmanovanın bu böyük alimin fəaliyyəti ilə bağlı araşdırmalar apardığını, söyləyəcəyi fikirlərin maraqla qarşılanacağına əminliyini vurğulayıb və elmi seminarın işinə uğurlar arzulayıb.

Sonra dosent Y.Qəhrəmanova professor Ə.Dəmirçizadənin  elmi-pedaqoji və bədii yaradıcılığı, onun bir ziyalı və insan kimi humanist keyfiyyətləri haqqında ətraflı məlumat verib, böyük dilçinin həyat və fəaliyyətinin ən səciyyəvi məqamlarını əks etdirən xatirələrdən danışıb.  Ə.Dəmirçizadənin ömür yolunu işıqlandıran xatirə şəkilləri və haqqında söylənmiş fikirləri əks etdirən slaydlar məmnunluq hissi ilə qarşılanıb. Dosent Y.Qəhrəmanova Ə. Dəmirçizadənin öz doğma vətənindəki-Şəkidəki fəaliyyəti haqqında elmi seminar iştirakçıları arasında yeni məlumatlar verə biləcək şəxslərin olacağına ümid etdiyini bildirib. Bu baxımdan, Ə.Dəmirçizadənin fəaliyyətini araşdıran filialın əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Kamil Adışirinovun böyük alimin Bakıdakı elmi fəaliyyətinə qədər Şəkidə çap olunan qəzetlərdəki  çıxışlarının ən maraqlı məqamlarını əks etdirən fikirləri razılıqla qarşılanıb.

Filialın rəhbərliyi və əməkdaşları, o cümlədən Filologiya fakültəsinin dekanı Ulduz Mürşüdova elmi seminarın təşkilatçılarına öz minnətdarlıqlarını bildiriblər.

Elmi seminar geniş diskussiya şəraitində keçib. İştirakçılar belə tədbirlərin mütəmadi keçirilməsinin vacibliyini qeyd edərək seminarın təşkilatçılarına və məruzəçiyə  təşəkkür ediblər.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi