шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

Əməkdar müəllim ZülfiyyəVəliyeva 31 Mart-Azərbaycanlıların Soyqrımı Gününə həsr olunmuş tədbirdə iştirak edib

“Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi” İctimai Birliyinin sədri Mehriban Abdullayevanın “31 Mart-Azərbaycanlıların Soyqrımı Günü”  adlı keçirdiyi tədbirdə ADPU-nun İbtidai təhsil fakültəsinin Pedaqoji təhsilin ploblemləri elmi-tədqiqat laboratoriyasının elmi işçisi, Əməkdar müəllim Zülfiyyə Vəliyeva iştirak edib. Qarabağ müharibəsi veteranları, 20 Yanvar hadisələrinin şahidlərinin, şəhidlərin ailə üzvlərinin,  ali məktəblərdə çalışan professorların, politoloqların, mətbuat işçilərinin, ictimai birliklərin rəhbərlərinin iştirakı ilə keçirilən tədbirdə “Soyqrımı- insanlığa qarşı törədilmiş qətliam bəşəri cinayətdir!” mövzusunda çıxış edən Zülfiyyə Vəliyeva bildirib ki, xalqımızın qan yaddaşında əbədi yaşayacaq 31 Mart-Azərbaycanlıların Soyqrımı Günü respublikamızda hər il  geniş qeyd edilir. Bu qanlı hadisələrdən illər keçsə də, xalqımız o müdhiş anları daim  xatırlayır, soyqırımının təşkilatçılarını və icraçılarını lənətləyir.

“Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi”İctimai Birliyinin sədri Mehriban Abdullayeva Zülfiyyə Vəliyevaya vətənpərvərlik tədbirlərində fəal iştirakına görə Fəxri Fərman  təqdim edib.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi