шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

Aprel zəfəri – 3 il: Aprel döyüşləri və Azərbaycan gəncinin vəzifələri

Elə dəyərlər var ki, dövr dəyişsə də, onlar dəyişilmirlər. Çox şeylər dəyişilir, amma Vətən sevgisi, yurd, yurddaş sevgisi, millət sevdası, bayraq ucalığı, insanlıq, namus-qeyrət təəssübkeşliyi kimi yuxarıda qeyd edtiyimiz dəyişilməyən dəyərlər var. Bu dəyərlər məhz bizlərə - ulu türk millətinə - azərbaycanlılara xas olan genetik xəritənin kodlarıdır. Məhz bu cəhətlərdir ki, bizə tarix boyu saysız bəlalara məruz qalsaq da, heç vaxt əyilməmək, mübariz olmaq əzmi vermişdir. 

[gallery ID=295]
Ötən əsrin sonlarında mənfur düşmənlərimizin qeyri-bərabər, elan olunmamış müharibədə, min hiylə-kələk və xarici havadarlar hesabına torpaqlarımızın bir hissəsini işğal etdiyi vaxtlarda minlərlə igid oğul və qızlarımız Vətən uğrunda can-başla döyüşdülər, 20 mindən çox qəhrəman Vətən övladı şəhid oldu. 
Fəqət artıq zaman dəyişib. Bu gün ölkəmiz regionun ən qabaqcıl dövlətinə çevrilmiş və istər sosial-iqtisadi, istərsə də hərbi-siyasi cəhətdən Qafqazın ən güclü dövlətidir. 
Qarabağ savaşından sonra atəşkəs dövründə erməni silahlı birləşmələriylə Azərbaycan Ordusu arasında baş verən ən iri miqyaslı döyüş olan "Dörd günlük müharibə, yaxud Aprel zəfəri" bunun bariz nümunəsidir. Bu zəfər günlərində 100-ə qədər şəhid versək də, yenidən bir yumruq olduq, bir bədəndə bir ürək olduq! 
Bu gün artıq Aprel döyüşlərindən 3 il ötür, amma sanki hər gün biz o günlərin əhvali-ruhiyyəsi ilə yaşayırıq. Bu zəfər döyüşlərində Vətənin hər yanında olduğu kimi bizim də ocağa şəhidlik qismət oldu; əmim oğlu və sinif yoldaşım, peşəkar snayperçi əsgər Nurəddin Ehtimad oğlu Mirzəyev də aprelin 2-dən 3-nə keçən gecə Lələtəpənin 22 fatehi sırasına adını yazdırdı...

Bu bizim üçün böyük şərəfdir və biz tələbə - gənclər olaraq hər birimiz hər an bu müqəddəs amal uğrunda - Vətən torpağı, qeyrəti uğrunda Ali Baş Komandanın bir əmri ilə candan keçməyə hazırıq. Qoy düşmən bilsin ki, bizlər əcələ, ölməyə deyil, şəhidliyə sevdalandıq!

Son olaraq bir önəmli məqamı da qeyd etmək istəyirəm: qoy bizim hər bir tələbə-gəncimiz bilsin ki, mən yuxarıda şəhidlik, döyüş, mübarizə deyərkən təkcə qanlı hərb meydanlarında savaşmağı deyil, bundan daha çox elm cəbhəsində, informasiya cəbhəsində savaşmağı qəsd edirəm! Qoy bizim yüksək idraka və kamala malik gənclərimiz dahi Nizaminin aşağıdakı misralarını bir də xatırlasınlar:

"Qüvvət elmdədir, başqa cür heç kəs,

Kimsəyə üstünlük eyləyə bilməz!"

Taleh Mirzəyev,

Tarix və cografiya fakültəsinin

 III tədris ili tələbəsi