шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

“Cənab leytenant” adlı tədbir

Aprelin 16-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU)  “Səadət” Gənc İstedadlar Cəmiyyətinin rəhbəri Səadət Abdullayevanın və Tədris Departamentinin Məzun, koordinasiya və karyera bölməsinin müdiri Könül Əsgərovanın birgə təşkilatçılığı ilə “Cənab leytenant” adlı tədbir keçirilib.

Tədbirdə Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi, general-mayor Rasim Əliyev, Filologiya fakültəsinin dekanı, professor Mahirə Hüseynova, Azərbaycan Yazıçılar Birliyinin üzvü Şahin Musaoğlu, gənc leytenantlarımız Elçin Məmmədov, Leyla Qəhrəmanova iştirak edərək tələbə və müəllimlərimizə öz vətənpərvər ürək sözlərini çatdırıblar.

Tədbir olduqca maraqlı və əyləncəli keçib, tələbələrin qəlbindəki vətənpərvərlik hissini daha da coşdurub.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi