шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

Filologiya fakültəsində “Bəzi qeyri-məhsuldar şəkilçilərin funksional xüsusiyyətləri” mövzusunda elmi seminar

Aprelin 17-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Filologiya fakültəsinin Azərbaycan dili və onun tədrisi metodikası  kafedrasında “Elm günü''nə həsr olnmuş “Bəzi qeyri-məhsuldar şəkilçilərin funksional xüsusiyyətləri’’ mövzusunda elmi seminar keçirilib. Seminarı kafedranın müdiri, dosent Sevda Abbasova  açaraq mühazirəçi İlkin Əsgərovun  yaradıcılığı haqqında ətraflı məlumat verib, onun kafedranın həm də istedadlı dissertantı olmasını qeyd edib.

İlkin Əsgərov qeyri-məhsuldar şəkilçilər, onların söz yaradıcılığında iştirakı, funksional xüsusiyyətlərindən danışaraq, nəzərdə tutulmuş məsələyə tarixi və təsviri aspektdən münasibət bildirib. Bundan başqa,-gin morfeminin etimologiyasına, derivatlarına, omonim variantlarına nəzər salaraq linqvistik təhlil müstəvisinə gətirib. Məruzəçi -gin şəkilçisininin funksional xüsusiyyətlərini bəzi türk dillərinin materialları ilə müqayisəli şəkildə izah edib, şəkilçinin dialekt və şivələrimizdəki izlərindən danışıb.

Sonra İ.Əsgərov -gin morfeminin işlənmə cəhətləri haqqında dilçilik ədəbiyyatında yer almış fikirləri, mövzuya olan münasibəti diqqətə çatdırmaqla yanaşı,  mövzuya dair öz münasibətini “Orxon-Yenisey” abidələri, “Divani-hikmət”, “Divani-lüğat it türk”, “Kutadgu Bilig”, “Kitabi-Dədə Qorqud” kimi qiymətli abidələrdən gətirdiyi nümunələr əsasında şərh edib, konkret faktlar əsasında morfemin etimoloji quruluşunu linqvistik təhlil edib.

Elmi seminar öz işini mövzuya dair müzakirələrlə davam etdirib.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi