шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

Filologiya fakültəsində qazaxıstanlı tələbələrlə görüş

Aprelin 3-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU)  Filologiya fakültəsində xarici ölkələrin universitetlərində təhsil alan  tələbə və fəaliyyət göstərən müəllimlərlə  keçirilən ənənəvi görüşlərə biri də əlavə edildi. Bu dəfə  gələn qonaqlar Qazaxıstanın Turan Almatı Universitetinin magistrantları idi.

[gallery ID=302]

 Qonaqlar ADPU-da magistr təhsili, tədrisin metodları, üsulları ilə maraqlandılar. Universitetin tədris binaları, xüsusiə Filologiya fakültəsində son illər həyata keçirilən yeniliklərlə tanış oldular.  Magistr təhsilinin hər hansı bir semestrini ADPU-da təhsil almaq arzusunda olduqlarını bildirdilər.

Sonda belə görüşlərin Qazaxıstanda və diğər türkdilli ölkələrdə müntəzəm keçirilməsi qərara alındı. Filologiya fakültəsinin müəllim və tələbələri ilə xatirə şəkli çəkdirildi.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi