шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

Fizika və texnologiya fakültəsində “Açıq qapı günləri” davam edir

Fizika və texnologiya fakültəsində “Açıq qapı günləri”nin keçirilmə ənənəsi davam edir. Belə ki, aprelin 16-da Bakı şəhərinin 189-190 nömrəli tam orta məktəbinin bir qrup şagirdi və fənn müəllimi Səlminaz Məmmədova Fizika və texnologiya fakültəsində olublar. Fizika və texnologiya fakültəsinin Fizikanın tədrisi metodikası və Ümumi fizika kafedralarının laboratoriyalarında müxtəlif mövzulara aid təcrübələrlə tanış olublar. Şagirdlər bu görüşün çox maraqlı keçdiyini və fizika elminə olan həvəslərinin daha da artdığını qeyd ediblər.

Şagirdlərlə görüşən Fizika və texnologiya fakültəsinin dekanı, dosent Arzu Daşdəmirov fakültə haqqında ətraflı danışıb və fakültənin görkəmli məzunları, elm xadımləri barədə geniş məlumat verib. Şagirdlər fakültədə professor-müəllim heyəti ilə də görüşüblər.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi