шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

Fizika və texnologiya fakültəsində ingilis dilində növbəti elmi seminar

Martın 29-da "Elm günü" ilə əlaqədar olaraq Fizika və texnologiya fakültəsində "Young Physics" klubunun ingilis dilində növbəti seminarı keçirilib. Seminarı giriş sözü ilə açan klubun rəhbəri, dosent Qalib Şərifov bu tip seminarların keçirilməsinin tələbələrin ingilis dilinə aid bilik və bacarıqlarının inkişaf etməsinə imkan yaratdığını söyləyib. O, gələcək fizika müəllimlərinin ingilis dili bilmələrinin Vətənimizi beynəlxalq konfranslarda daha uğurla təmsil etmələrinə böyük kömək göstərəcəyini deyib.

 Sonra seminarın 1-ci hissəsində III tədris ili tələbələri Nuranə Əliyeva və Nərminə Əliyeva "What would happen if.....?" mövzuda təqdimat ediblər. Onlar Qaynanmış su kosmosa aparılsaydı, Ay peykinin yerinə Yupiter, Saturn planetləri olsaydı, Marian çökəkliyində Çar bombası partlasaydı, nə baş verərdi və s. kimi maraqlı ideyaların izahını fizikaya əsaslanaraq təqdim ediblər.

2-ci hissədə "What is the role of water in our life ?" adlı dəyirmi masa keçirilib. Tələbələr suya aid maraqlı elmi faktları, fikirləri və suyun fiziki xassələrinin həyatımıza təsirini müzakirə ediblər. 

3-cü hissədə tələbələr "Physics at home" adlı təcrübələr nümayiş etdiriblər. Onlar təcrübələrin gedişini və izahını ətraflı şərh ediblər. Sonra tələbələr tədbir iştirakçılarının suallarına cavab veriblər. 

Tədbirdə iştirak edən fakültənin dekanı, dosent Arzu Daşdəmirov belə seminarların davamlı olmasının vacibliyini söyləyib və seminarda çıxış edən tələbələrə və təşkilatçılara təşəkkürünü bildirib. Qeyd edib ki, yaxşı müəllim olmaq və xarici ədəbiyyatı yaxından araşdırmaq üçün ingilis dilini bilmək vacibdir.

Sonra tədbirdə iştirak edən Kimya və biologiya fakültəsinin Analitik və üzvi kimya kafedrasının müdiri, kimya üzrə elmlər doktoru Əli Zalov tədbirin yüksək səviyyədə keçdiyini deyib və tələbələri bu tip seminarlarda daim fəal iştirak etməyə səsləyib.

Yekunda "Young Physics " klubunun rəhbəri, dosent Qalib Şərifov fakültənin dekanı, dosent Arzu Daşdəmirova və TEC-in sədri, dosent Xatirə Adgözəlovaya göstərdiyi dəstəyə görə öz təşəkkürünü bildirib.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi