шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

Fizika və texnologiya fakültəsinin Elmi Şurasının növbəti iclası keçirilib

Aprelin 5-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Fizika və texnologiya fakültəsinin Elmi Şurasının növbəti iclası keçirilib. İclasın gündəliyinə Fizika və texnologiya fakültəsinin “Fizika və texnologiya müəllimliyi” ixtisasları üzrə pedaqoji təcrübənin gedişi haqqında, Elmi Şuranın komissiyalarının hesabatı və cari məsələlər daxil edilib.

[gallery ID=312]

İclası giriş sözü ilə açan Fizika və texnologiya fakültəsinin dekanı, dosent Arzu Daşdəmirov pedaqoji təcrübənin gedişi, tələbələrin davamiyyəti və sınaq dərslərinin keçirilməsi zamanı metodist müəllimlərin vəzifələri haqqında danışıb, müəllimlərin bu işə məsuliyyətli yanaşmasının vacibliyini qeyd edib.

Fizika və texnologiya fakültəsinin “Fizika və texnologiya müəllimliyi” ixtisasları üzrə pedaqoji təcrübənin gedişi haqqında “Fizika müəllimliyi” ixtisası üzrə pedaqoji təcrübə rəhbəri, professor Şükür Əlizadə, Fizikanın tədrisi metodikası kafedrasının müdiri, dosent  Sevinc Cəlilova, “Texnologiya müəllimliyi” ixtisası üzrə pedaqoji təcrübə rəhbəri, dosent  Xankişi Məmmədov, Texnologiya və onun tədrisi metodikası kafedrasının müdiri, dosent  Səadət Musayeva geniş və ətraflı məlumat veriblər. Pedaqoji təcrübənin rəhbərləri və kafedra müdirləri məlumat verərək bildiriblər ki, pedaqoji təcrübə keçirilən məktəblərə gedərək, tələbələrin sinaq dərslərində iştirak edirlər, həm metodistlərin, həm də tələbələrin davamiyyətləri qaydasındadır.

2-ci məsələ Fizika və texnologiya fakültəsinin Elmi Şurasının komissiyalarının hesabatı idi. Elmi-tədqiqat fəaliyyəti üzrə komissiyanın sədri,  professor Edil Eyvazov, Beynəlxalq əlaqələr üzrə komissiyanın sədri, professor Vaqif Nəsirov, Sosial və tərbiyəvi işlər üzrə komissiyanın  üzvü, baş müəllim  Gülşən Musayeva hesabat ilində görülən işlər haqqında geniş və ətraflı məlumat veriblər.

Cari məsələlərdə bəzi fənlər üzrə hazırlanmış proqramlar və dərs vəsaitləri təsdiq edilib.

Bununla da Elmi Şura öz işini yekunlaşdırıb.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi