шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

Fizika və texnologiya fakültəsinin Praktik Bacarıqlar Mərkəzinin növbəti seminarı

Aprelin 4-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Fizika və texnologiya fakültəsinin Praktik  Bacarıqlar Mərkəzinin növbəti seminarı keçirilib. Seminarda fakültənin professor-müəllim heyəti iştirak edib. Mərizəçi-Bakı şəhəri Nəsimi rayonu Namiq Məmmədov adına 9 nömrəli tam orta məktəbin müəllimi Sevda Qaraşova IX sinifdə "Görmə  qüsurları. Eynək" mövzusunun fəal təlim metodu ilə tədrisinin xüsusiyyətlərindən bəhs edib. O, bu mövzu əsasında tələbələrə alt standartların reallaşmasının, onlardan irəli gələn təlim nəticələrinin müəyyən edilməsinin, uyğun fəal təlim metodlarından istifadəsinin və qiymətləndirmənin meyarlarının müəyyənləşdirilməsinin vacibliyini qeyd edib.

[gallery ID=306]

Sonra Sevda Qaraşova seminar iştirakçılarının çoxsaylı suallarını cavablandırıb. Fizika və texnologiya fakültəsinin dekanı, dosent Arzu Daşdəmirov mövzunun aktual olduğunu və  müəllim tərəfindən şagirdlərə mövzu daxilində standartların reallaşması ilə bağlı görmə qüsurlarının səbəblərini, görmə qüsurlarının yaranmaması üçün müəyyən gigiyenik tələblərə riayət etməyin vacibliyini vurğulayıb. O, məruzəçiyə ətraflı məlumat üçün fakültədə adından təşəkkürünü bildirib.

 İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi