шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

İbtidai təhsil fakültəsində akademik Mehdi Mehdizadəyə həsr olunmuş elmi seminar

Aprelin 15-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) İbtidai təhsil fakültəsində “Elm günü''nə həsr olnmuş “Görkəmli təhsil təşkilatçısı akademik Mehdi Mehdizadə’’ mövzusunda elmi seminar keçirilib.

Seminarı fakültənin dekanı, Əməkdar elm xadimi, professor Fərrux Rüstəmov açaraq  akademik  Mehdi  Mehdizadənin həyatı və yaradacılığı haqqında ətraflı məlumat verib.

Sonra İbtidai təhsilin pedaqogikası və metodikası kafedrasının magistrantları Sevinc Əsgərli “Akademik Mehdi Mehdizadənin yaşadığı dövr”, Günay Əliyeva və Kamran Məmmədov “Akademik Mehdi Mehdizadənin həyatı”, Elza Ələkbərova və Rabiyyə Qədirli “Akademik Mehdi Mehdizadənin yaradıcılığı”, Sevinc Bəşirova və Adilə Mazakova “Akademik Mehdi Mehdizadənin pedaqoji fəaliyyəti”, Əfsanə Əsgərova “Akademik Mehdi Mehdizadənin əsərləri”,  Nərmin Yusifova və Fəridə Fətullayeva “Akademik Mehdi Mehdizadənin “Ümumtəhsil məktəblərinin təlim-tərbiyə prosesinin təkmilləşdirilməsi” monoqrafiyası”, Sevda Ağayeva “Akademik Mehdi Mehdizadə Azərbaycan Respublikasının maarif naziri kimi” mövzularında məruzələr ediblər.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi