шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

İbtidai təhsil fakültəsində “Elm günü”nə həsr olunmuş tədbir- “Azərbaycanın Makarenkosu-professor Mərdan Muradxanov-110”

Martın 28-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU)  İbtidai təsil fakültəsində “Elm günü”nə həsr olunmuş “Azərbaycanın Makarenkosu- professor Mərdan Muradxanov-110” mövzusunda elmi konfrans keçirilib.

Konfransı giriş sözü ilə açan fakültənin dekanı, pedaqogika üzrə elmlər doktoru, professor, Əməkdar elm xadimi Fərrux Rüstəmov “Elm günü”nün təsisinin əhəmiyyətindən, bununla bağlı respublikada və ADPU-da görülən işlərdən danışıb. “Azərbaycanın Makarenkosu-professor Mərdan Muradxanov-110” mövzusunda keçirilən konfransın da “Elm günü”nə həsr olunduğunu bildirən professor F.Rüstəmov  keçən əsrin 20-70-ci illərində Azərbaycanda pedaqoji mühitin əsas xüsusiyyətlərindən danışıb, respublikada pedaqogika elminin  təşəkkülü və inkişafında professor Mərdan Muradxanovun xidmətlərini səciyyələndirib.

Sonra professor, Əməkdar elm xadimi, uzun illər ADPU-nun İbtidai təhsilin pedaqogikası və metodikası kafedrasına rəhbərlik etmiş Mərdan Muradxanovun ailə mühiti,  həyatı və pedaqoji yaradığılığı, çoxşaxəli fəaliyyəti, zəngin irsi ilə bağlı məruzələr dinlənilib.

ADPU-nun İbtidai təhsilin pedaqogikası və metodikası kafedrasının II tədris ili magistrantları Nuranə Muxtarova “Əsədulla  Muradxanovun ailəsi”, Sevinc Şahgəldiyeva “Professor Mərdan Muradxanovun həyatı”, Günay  İsmayılzadə “Professor Mərdan Muradxanovun yaradıcılığı”, Nərmin Yusifova “Professor Mərdan Muradxavun pedaqoji fəaliyyəti”, Zümrüd İsmayılova və Günay Kərimova “Professor Mərdan Muradxanov Nizaminin pedaqoji irsinin tədqiqatçisı kimi”,Tutuxanım Eyvazova “Professor Mərdan Muradxanovun dərslikləri”, Türkan Ömərova “Professor Mərdan Muradxanovun elmi fəaliyyəti” və  Mədinə Abdullayeva “Müasirləri professor Mərdan Muradxanov haqqında”  mövzularında  məruzə ediblər.

“Elm günü”nə həsr olunmuş bu  elmi konfrans iştirakçılarda “Azərbaycanın Makarenkosu” professor Mərdan Muradxanovun  həyatı, yaradıcılığı və pedaqogika elminin inkişafındakı xidmətləri  ilə bağlı tam təsəvvür yaradıb.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi