шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

İbtidai təhsil fakültəsində “Riyaziyyatın ibtidai kursunun tədrisi metodikasının aktual problemləri” mövzusunda elmi konfrans

Aprelin 17-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) İbtidai təhsil fakültəsində “Elm günü”nə həsr olunmuş “Riyaziyyatın ibtidai kursunun tədrisi metodikasının aktual problemləri” mövzusunda elmi konfrans keçirildi. Konfransda Riyaziyyat və onun ibtidai kursunun tədrisi metodikası kafedrasının müdiri, dosent Samirə Tağıyeva, dosentlər  Zahir Kazımov, Qulaməli Balaşov, Mübariz Əsədov iştirak etdilər.

Konfransı giriş sözü ilə açan Riyaziyyat və onun ibtidai kursunun tədrisi metodikası kafedrasında keçirilən Elmi seminarın sədri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent  Zahir Kazımov  “Elm günü”nün təsisinin əhəmiyyətindən, bununla bağlı respublikada və ADPU-da görülən işlərdən danışdı. “Riyaziyyatın ibtidai kursunun tədrisi metodikasının aktual problemləri” mövzusunda keçirilən konfransın  “Elm günü”nə həsr olunduğunu bildirən dosent Z.Kazımov  Azərbaycanda riyaziyyatın tədrisi metodikası elminin  təşəkkülü və inkişafı haqqında danışdı.

Sonra məruzələr dinlənildi. II tədris ili magistrantları Səbinə Kərimova “İbtidai siniflərdə məsələ həlli təlim vasitələri kimi”, Aysel Cəlallı “Riyaziyyat dərsində əyləncəli və maraqlı çalışmalar vasitəsilə şagirdlərin idraki maraqlarının formalaşdırılması yolları”, Elnarə Fərzəliyeva “Riyaziyyat dərslərinin fəal təlim üsulu ilə keçirilməsinin şagirdlər üçün əhəmiyyəti”, Züleyxa Heydərova “İbtidai siniflərdə həndəsi anlayışların tətbiqi problemləri”,  Zəhra Qurbanova “III sinifdə məsələ həlli təlimdə əyaniləşdirmə və modelləşdirmə elementlərindən istifadə”, Aynur Məmmədbəyova “Həndəsə elementlərinin öyrənilməsinin pedaqoji-psixoloji xüsusiyyətləri”, Asya Zeynallı “III sinfin riyaziyyat dərslərində şagirdlərin yaradıcı təfəkkürünün inkişaf etdirilməsində problemli situasiyalardan istifadənin metodik üsulları”, Ləman Şıxməmmədova  “Didaktik oyunların riyazi məntiqi təfəkkürün inkişafında rolu” mövzularında  məruzə etdilər.

“Elm günü”nə həsr olunmuş bu elmi konfrans gənc iştirakçılarda riyaziyyatın ibtidai kursunun tədrisi metodikasının aktual problemləri ilə bağlı müəyyən təsəvvür yaratdı.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi