шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

İbtidai təhsil fakültəsinin qiyabi şöbəsinin “İbtidai sinif müəllimliyi” ixtisası üzrə VI- VII tədris ili tələbələrinin 2 aylıq pedaqoji təcrübəsi başa çatmışdır

Pedaqoji təcrübə tələbələrin həyatında mühüm mərhələdir. Tələbələr tədris prosesi zamanı əldə etdikləri bilik və bacarıqları pedaqoji təcrübədə sınaqdan keçirirlər. Pedaqoji təcrübə tələbə-gənclərin müəllim kimi formalaşmasına səmərəli təsir edir. Təcrübəçi tələbələrə metodiki kömək məqsədi ilə hazırlanmış "Pedaqoji təcrübə gündəliyinin tərtibinə dair tövsiyələr" adlı metodik vəsait pedaqoji təcrübə zamanı gündəlik tərtib etmək üçün təcrübəçi tələbələrə pedaqoji təcrübədə olduqları məktəbdə təlim və tədris fəaliyyətinə nəzarət, əldə edilən nəticələrin qeydiyyatının aparılmasına dair sənəd təcrübəçi tələbələrin fəaliyyətinin pedaqoji təcrübə rəhbəri, təcrübə başa çatdıqdan sonra isə universitet rəhbərliyi tərəfindən qiymətləndirilməsi üçün əsas sənəddir. Pedaqoji təcrübə rəhbərləri fəaliyyətlərini bu sənədin tələblərinə əsasən qurmuşlar.  Pedaqoji təcrübə ilə bağlı metodiki vəsaitlər müəlim və tələbələrə çatdırılmış,lazimı izahatlar verilmışdir. Təcrübə rəhbərləri, tələbələr və metodistlər fəaliyyətlərini təlimata uğun qurmuşlar. Bütün qruplarda  acıq dərslərin cədvəlləri, təcrübə rəhbərlərinin iş qrafiki hazırlanmışdır. ADPU-nun İbtidai təhsil fakültəsinin qiyabi şöbəsinin “İbtidai sinif müəllimliyi” ixtisası üzrə tələbələrin 2 aylıq  pedaqoji təcrübəsi- 18 fevral -19 aprel 2019-cu il tarixlərində  8 nömrəli tam orta məktəbdə 3 nəfər (pedaqoq İranə Məmmədova  ) ,45 nömrəli tam orta məktəbdə 3 nəfər (pedaqoq dosent Təranə Əliyeva) , 132-134 nömrəli tam orta məktəbdə 1 nəfər (pedaqoq dosent Gülşən Novruzova ) olmaqla keçrilmişdir. Təcrübəçi-tələbələrin təhkim olunduqları siniflərin hər biri müasir standartlara cavab verir. Keçirilən hər bir sınaq dərsi rəhbər və sinif müəllimin iştirakı ilə metodistlər tərəfindən protokollaşdırılmış, jurnallarda qeydlər aparılmışdır. Pedaqoji təcrübə müddətində təcrübəci tələbələr məktəbin maddi-texniki bazasından (kitabxana), texniki imkanlarından (proyektor, elektron lövhə və internet resursları) yararlanmışlar. Bütün bunlardan faydalı istifadə etmək üçün onlar  üçün hər bir şərait yaradılmlışdır.

 Psixoloq və pedaqoqlar pedaqoji təcrübə iştirakçıları ilə bir yerdə aşağıda sadalanan məsələlər üzərində tədqiqat aparmışlar:

1. Uşaqların psixi inkişafının qanunauyğunluqlarının yollarının araşdırılması və öyrənilməsi;

2. Şagirdlərdə dərketmə prosesini inkişaf etdirmək;

3. Şagirdlər üçün müxtəlif yaş dövrlərinə aid inkişaf proqramlarının hazırlanması;

4. Məktəb şagirdlərinin I sinifdən başlayaraq psixoloji pasportlarının necə yaradılması;

5. Şagirdlərin psixi sağlamlığının profilaktikası üçün psixiprofilaktik işi necə aparmaq;

6. Müəllim-şagird münasibətlərinin vəziyyətini öyrənmək məqsədi ilə vaxtaşırı psixoloji sorğuların keçirilməsinin izahı;

7. Şagirdlərin emosianal davranışlarının və tədris «pozuntuları»nın zərərsizləşdirilməsi üçün psixoprofilaktik işin təşkili;

8. Valideyinlər ilə psixoloji-pedaqoji görüşlərin təşkili;

9. Pedaqoji heyətin işə peşəkar münasibətində yarana biləcək çətinlikləri aşkar etmək,onları aradan qaldırmaq məqsədi ilə müəllimlər üçün vaxtaşırı psixoloji test-sorğuların keçirilməsi.

Pedaqoqlar  təyin olunduğu qruplarda pedaqoji təcrübə iştirakçıları ilə bir yerdə aşağıda sadalanan məsələlər üzərində tədqiqat aparmışlar:

1. İbtidai siniflərdə şagirdlərin inkişafının qanunauyğunluqlarının yollarının araşdırılması və öyrənilməsi;

2. İbtidai siniflərdə şagirdlərin dərketmə prosesini inkişaf etdirmək;

3. İbtidai siniflərdə şagirdlər üçün müxtəlif yaş dövrlərinə aid inkişaf proqramlarının hazırlanması;

4. İbtidai siniflərdə şagirdlərinin I sinifdən başlayaraq portfoyliyerlərin necə yaradılması;

5. İbtidai siniflərdə şagirdlərin fiziki və psixi sağlamlığının profilaktikası üçün təlim və tərbiyyə işlərini necə aparmaq;

6. Müəllim-şagird və müəllim-valideyin münasibətlərinin vəziyyətini öyrənmək məqsədi ilə vaxtaşırı pedaqoji sorğuların keçirilməsinin izahı;

7. İbtidai siniflərdə şagirdlərin emosianal davranışlarının və tədris “pozuntuları”nın zərərsizləşdirilməsi üçün pedaqoji işin təşkili;

8. Valideyinlər ilə pedaqoji görüşlərin təşkili;

9. Pedaqoji heyətin işə peşəkar münasibətində yarana biləcək çətinlikləri aşkar etmək,onları aradan qaldırmaq məqsədi ilə müəllimlər üçün vaxtaşırı pedaqoji və psixoloji test-sorğuların keçirilməsi.

Pedaqoji təcrübə iştirakçılarının hər biri müəyyən vaxtlarda sinifdən xaric oxu saatlarında əxlaqi söhbətlərin aparılmasını təşkil etmişlər. Təlim-tərbiyyə işlərini təşkil etmək üçün ibtidai sinif müəlliminin köməyindən istifadə etmişlər. Hər bir fənn üzrə keçirilən sinaq dərslərdə metodistlər, həmçinin ibtidai sinif müəllimi və  rəhbərlər iştirak etmişlər,dərslər  obyektiv şəkildə qiymətləndirilmişdir. Sınaq dərslərinin bir qismi innovativ və interaktiv təlim metodlarından istifadə edərək, bir qismi isə prezentasiya yolu ilə (Activİnspire və Power Point proqramlarında) keçirilmişdir.. Hər bir tələbə son olaraq yekun hesabati Power Point proqramında hazırlayıb təqdim etmişlər. Nəticələr qənaətbəxşdir.

8 nömrəli tam orta məktəbdə  :

 Pərvin Abdullayeva- 88 ba:- keçirdiyi tədbir:Azərbaycanlıların soyqrımı;

Solmaz Bünyatova -72 bal:- keçirdiyi tədbir Xocalı soyqrımı;

Aygün Tağıyeva -90 bal:- keçirdiyi tədbir “Dünya qadınlarının həmrəyliyi günü”

45 nömrəli tam orta məktəbdə :

  1. Samirə Əliyeva - 82bal;- keçirdiyi tədbir -31 mart soyqrımı;
  2. Gülnar Salam qızı  -83 bal;-  keçirdiyi tədbir:-Xocalı faciəsi;
  3. Hüseynova Gülümzər- 85bal:- keçirdiyi tədbir:- Milli bayramımız –Novruz.

                                               132-134 nömrəli tam orta məktəbdə :

  1. 1. Telli Həsənova -98 bal:- keçirdiyi tədbir:-Mənəvi keyfiyyətlərimiz.                                                                      

19 fevral 2019-cu il tarixdə İbtidai təhsil fakültəsində VI tədris ili tələbələrinin 2 aylıq  pedaqoji təcrübəsinin başa çatması ilə yekun konfrans keçirilmişdir. Konfransda İbtidai təhsil fakültəsi üzrə təcrubə rəhbəri, Əməkdar müəllim Zülfiyyə Vəliyevanın, pedaqoqlar İranə Məmmədovanın, dosent Təranə Əliyevanın, dosent Gülşən Novruzovanın hesabatları dinlənilmişdir. Təcrübəci tələbələr pedaqoji təcrübənin təşkili, əldə etdikləri nəticələrə görə universitetin rəhbərliyinə və müəllimlərinə onların müəllim kimi fəaliyyətlərində əldə etdikləri bilik və bacarıqlara görə təşəkkür etmişlər.  İbtidai təhsil fakültəsinin  dekanı, Əməkdar elm xadimi, professor Fərrux Rüstəmov pedaqoji təcrübəni uğurla başa çatdırmış tələbələri təbrik etmiş, onların yerlərdə  universitetimizin layiqli təmsilçilər  olacaqlarına əmin olduğunu vurğulamışdır. Sonda  İbtidai təhsilin pedaqoğikası və metodikası  kafedrasının müdiri, dosent Yaqut Rzayeva, dekan müavini, dosent Afət Həsənova  tələbələri təbrik etmiş, onlara  öz  tövsiyələrini vermişlər.

.

Zülfiyyə Vəliyeva,

İbtidai təhsil fakültəsinin “İbtidai sinif müəllimliyi” ixtisası üzrə pedaqoji  təcrübə rəhbəri, Əməkdar müəllim