шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

İbtidai təhsil fakültəsinin tələbələri Milli Azərbaycan Tarixi Muzeyində

İbtidai təhsil fakültəsinin “İbtidai sinif müəllimliyi” ixtisası üzrə I tədris ilinin bir qrup tələbəsi fakültənin tyutorları A.Zeynalova və  N.Paşayeva  ilə birlikdə Milli Azərbaycan Tarixi Muzeyinə gəzinti təşkil etdilər. Tələbələrə  Muzeyin yerləşdiyi bina və eksponatlar haqqında geniş məlumat verilib. Saray məşhur sahibkar, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin və ailəsinin yaşayış evi olub. O vaxtlar Bakının baş memarı olan İosif Vikentyeviç Qoslavskinin layihəsi əsasında inşa edilən Tağıyev sarayı 1895-1901-ci illərdə inşa olunub və şəhərin ən gözəl binalarından biri olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Milli Azərbaycan Tarixi Muzeyinin nəzdində H.Z.Tağıyevin xatirə muzeyi də yaradılıb. H.Z.Tağıyevin xalqımız üçün gördüyü işlər onlarda böyük qürur, fəxr hissi yaşatdı. Muzeyin otaqlarının hər biri, xüsusilə, “Şərq zalı” adlanan otağın gözəlliyi və möhtəşəmliyi onları heyran etdi. Tələbələrə bildirilib ki, Qafqaz regionunda ən böyük muzeylərdən biri olan Milli Azərbaycan Tarixi muzeyinin kolleksiyalarında və fondlarında 2500-dən artıq eksponat toplanıb. Onlara Azərbaycanın tarixi, dahi şəxsiyyətləri, qədim abidələri barədə məlumat verilib. Eyni zamanda ermənilərin Azərbaycan ərazisində törətdikləri vəhşilikləri əks etdirən foto və sənədlər nümayiş etdirilib. Tələbələr muzeydə ADPU-nun tarixi ilə bağlı məlumat və şəkillərlə də əyani tanış oldular. Sonda muzey eksponatları ilə tanışlıq tələbələrdə xoş təəssürat formalaşdırdı.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi