шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

İbtidai təhsilin pedaqogikası və metodikası kafedrasının elmi seminarı

İbtidai təhsil fakültəsinin İbtidai təhsilin pedaqogikası və metodikası kafedrasında növbəti elmi seminar keçirilib. Seminarı giriş sözü ilə sədr, dosent Gülşən Novruzova açıb.

Seminarda İbtidai təhsilin pedaqogikası və metodikası kafedrasının II tədris ili magistrantları “Ümummilli lider Heydər Əliyev gəncliyin mənəvi tərbiyəsi haqqında”, “Ali pedaqoji məktəblərdə gələcək ibtidai sinif müəllimlərinin innovativ pedaqoji fəaliyyətə hazırlanması”, “İbtidai sinif müəllimini və onun mənəvi keyfiyyətlərini şərtləndirən əsas amillər” mövzularında çıxışlar  ediblər. Onlar  seminar zamanı müvafiq mövzulara aid yaranan sualları cavablandırıblar. Elmi seminar magistrantlarda böyük ruh yüksəkliyi yaradıb, elmi işlərə dair tədqiqatların aparılması  üçün  əzmlə  çalışacaqlarına  təkan  verib.

 

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi