шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

Xarici mütəxəssis ADPU-nun kitabxanasının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı təkliflər verdi

Aprelin 18-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin(ADPU) Tədqiqat və inkişaf şöbəsinin və Kitabxana-İnformasiya Mərkəzinin birgə təşkilatçılığı ilə ADPU-da fəaliyyət göstərən İan Dooleyin kitabxana işinin səmərəli təşkili istiqamətində təqdimatı keçirildi.

Tədbiri giriş sözü ilə açan Kitabxana-İnformasiya Mərkəzinin direktoru vəzifəsini icra edən Zinharə Həsənova kitabxananın fəaliyyətinin daha səmərəli təşkil edilməsinin universitetin rəhbərliyinin xüsusi diqqətində olduğunu, bu istiqamətdə yeni təkliflər üzərində çalışdıqlarını qeyd etdi və hazırkı fəaliyyətin xarici mütəxəssisin gözü ilə qiymətləndirilməsinin olduqca dəyərli olduğunu vurğuladı.

Sonra çıxış üçün sözü ABŞ-ın Prinston Universitetinin kitabxanasında Nadir kitablar və xüsusi fondlarla iş şöbəsində 5 il müddətində çalışmış İan Dooleyə verdi. Təqdimat zamanı mütəxəssis rektorla görüşdüyünü, onun tapşırığına əsasən hər 4 tədris binasında Kitabxana-İnformasiya Mərkəzinin fəaliyyəti ilə tanış olduğunu, M.F.Axundzadə adına Milli Kitabxanaya və Prezident Kitabxanasına getdiyini, keçirilmiş görüşlər və müzakirələr əsasında fəaliyyət planı hazırladığını bildirdi. Təqdimatında öncə az maliyyə vəsaiti və məhdud vaxt çərçivəsində həll edilməsi mümkün olan ilk addımlar, daha sonra çox vaxt və maliyyə vəsaiti tələb edən və ya prioritetlik baxımından daha az əhəmiyyət daşıyan tədbirlərə dair qısa məlumat verdi.

Mütəxəssis çalışqan və öz işinə həvəslə yanaşan 27 nəfərlik heyəti olan, müxtəlif fənlər və ixtisaslar üzrə fərqli və çoxlu sayda  istifadəçiyə xidmət göstərən Kitabxana-İnformasiya Mərkəzinin bir çox üstünlükləri olduğunu, xüsusilə pedaqogika ilə bağlı müxtəlif kolleksiyaları, nadir və tarixi materialların qorunmasını vurğuladı. İan Dooley eyni zamanda Kitabxana-İnformasiya Mərkəzinin daha səmərəli fəaliyyət göstərməsi, müasir tələblərə və beynəlxalq təcrübəyə uyğun olması üçün bir sıra dəyişikliklər edilməli olduğunu da diqqətə çatdırdı. Tədbirin sonunda fikir mübadiləsi aparıldı, yerli mütəxəssislərin sualları cavablandırıldı.

Qeyd edək ki, İan Dooley ABŞ Dövlət Departamentinin maliyyələşdirdiyi “Fulbright English Teching Asisstant” (Fulbrayt İngilis dili tədris köməkçisi) proqramı çərçivəsində 2018-ci ilin sentyabr ayının 7-dən ADPU-da fəaliyyətə başlamışdır. İan Dooley bu müddət ərzində “İngilis dili müəllimliyi” ixtisası üzrə tədris prosesinə, ümumilikdə universitetdə ingilis dilinin tədrisi səviyyəsinin artırılması məqsədilə görülən tədbirlərə cəlb olunmuşdur.

Tədqiqat və inkişaf şöbəsi