шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

Kimya və biologiya fakültəsində TEC-in xətti ilə “Elmi əsər necə yazılır?” mövzusunda praktik tədbir təşkil edildi

Kimya və biologiya fakültəsində Tələbə Elmi Cəmiyyətinin (TEC) xətti ilə konfransa hazırlıq mərhələsində  növbəti “Elmi əsər necə yazılır?” mövzusunda praktik tədbir (təlim) təşkil edilib. İkinövbəli təhsili nəzərə alaraq təlim iki gün-  aprelin  2-3-də  aparılıb. Təlimdə fakültənin elmi-tədqiqat işi aparan bir qrup tələbəsi iştirak edib. İnteraktiv şəkildə aparılan tədbirdə məruzəçi giriş sözündən sonra tələbələrə elmi əsər və onun növləri haqqında ümumi məlumat verib. Auditoriyanı və  tədbirin məqsədini nəzərə alaraq tələbələrə aparılmış elmi araşdırmaların nəticəsində tezisin yazılması qaydaları ətraflı şəkildə şərh edilib.Tezisin adının təqdim edilən işin mahiyyətini əks etdirilməsi ilk qayda kimi qeyd edilib. Bu prosesdə öncə aparılan işin hansı sahəyə aid olması, tədqiqatın aktuallığı və məqsədi haqqında məlumatın, sonra tədqiqatın aparılması və onun nəticələrinin, sonda isə əldə edilmiş nəticənin elmi-praktiki dəyərinin şərh edilməsinin vacibliyi vurğulanıb. Fikirlərin aydın və dəqiq ifadəsinin əhəmiyyəti qeyd edilib.

[gallery ID=301]

Tədbirdə məruzəçi tələbələrin elmi iş, elmi  rəhbərin müəyyənləşdirilməsi, konfransda çıxış üçün təqdimatların hazırlanması və digər istiqamətlərdə çoxsaylı suallarını cavablandırıb.

Qeyd etmək lazımdır ki, tədbir akademik Yusif Məmmədəliyev auditoriyasında təşkil edilib. Tədbirdə Analitik və üzvi kimya kafedrasında TEC-in nümayəndəsi, baş müəllim Şəfa Məmmədova, Biologiya və onun tədrisi metodikası kafedrasında TEC-in nümayəndəsi Pərvin Qafarova, dosent Məhsəti Mirzəyeva, müəllim Bəsti Əsədova iştirak ediblər.

  Rəhimə Məmmədova,

Kimya və biologiya fakültəsi  TEC-nin sədri,  dosent