шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

Korreksiyaedici təlim kafedrasının əməkdaşları Gəncə şəhərində keçirilən seminarda iştirak ediblər

Aprelin 13-də Gəncə şəhərində  Gənclər üçün Təhsil Mərkəzi Gəncə Regional Ofisi  və Göyərçin Psixoloji və Nitq İnkişaf Mərkəzinin təşəbbüsü ilə  2Aprel-Dünya Autizm Maarifləndirmə Gününə həsr olunmuş “Fərqli fərqlər” adlı “Autizm spektr pozulması olan uşaqların cəmiyyətə inteqrasiyası” mövzusunda  seminar təşkil olunub. Maarifləndirici seminarda Azərbaycan Dövlət Pedaqoji Universitetinin Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsinin Korreksiyaedici təlim kafedrasının müdiri, dosent Nailə Hüseynova və kafedranın müəllimləri Südabə İsgəndrova, Adilə Mürsəlova, “Korreksiyaedici təlimin metodikası və metodologiyası”  ixtisası üzrə təhsil  alan I tədris ili magistrantı A.İsgəndərova fəal iştirak ediblər. Tədbirdə həmçinin Gəncə Dövlət Universitetinin və Gəncə Pedaqoji Kollecinin tələbə və müəllimləri, eləcə də sağlamlıq imkanları məhdud uşaqların valideynləri iştirak ediblər.

Korreksiyaedici təlim kafedrasının mütəxəssisləri seminarda autizm spektr pozulması olan  uşaqların nitq xüsusiyyətləri və korreksiyası, autizmli uşaqların sosial adaptasiyası və reabilitasiyası mövzularında çıxış ediblər. Tədbirdə iştirakçılarla mövzu ətrafında müzakirələr və praktik işlər aparılıb.

Dosent N.Hüseynova  seminar iştirakçılarını rəğbətlə qarşıladıqları üçün hamıya təşəkkürünü bildirib və cəmiyyətin bu cür mövzularda maarifləndirilməsinin vacibliyini qeyd edib.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi