шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsində görüş

Aprelin 3-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU)  Məktəbəqədər təhsil, psixoloji xidmət və  korreksiyaedici təlim fakültəsində  Qlobal  Karyera İnstitutunun koordinatorluğu  ilə   Qazaxıstan Respublikasının Turan-Astana Universitetinin “Psixologiya”  ixtisası üzrə təhsil alan magistrantları ilə görüş keçirildi. Onlar fakültənin kafedraları, Uşaq İnkişaf Mərkəzi ilə tanış oldular,  tələbə və müəllimlərlə maraqlı  söhbətlər apardılar. ADPU-da təhsilin keyfiyyətinin yüksəldilməsi ilə əlaqədar görülən işlər, innovativ proseslər, psixologiya elminin tədrisi, tətbiqi ilə maraqlandılar, eyni zamanda ölkələrinin təhsil sistemlərində  olan  yeniliklərdən danışdılar.

[gallery ID=303]

Görüşdə fakültənin dekanı, pedaqogika üzrə elmlər doktoru Şəhla Əliyeva , Ümumi psixologiya kafedrasının müdiri, professor Ramiz Əliyev, Korreksiyaedici təlim kafedrasının müdiri, dosent Nailə Hüseynova yaxından iştirak etdilər.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi