шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsinin 203-cü qrupunda binar dərs nümunəsi

Məktəbəqədər təhsil, psixoloji xidmət  və korreksiyaedici təlim fakültəsinin “Məktəbəqədər təlim və tərbiyə” ixtisasında aprelin 4-də 203-cü qrupda “Sosial pedaqogika” fənnindən pedaqogika üzrə elmlər doktoru Şəhla Əliyevanın və müəllim Səbinə Sadıqovanın “Təhsil  sosiallaşma amili kimi” mövzusunda binar dərsi oldu.

[gallery ID=309]

Mövzunun planına uyğun olaraq “Şəxsiyyətin sosiallaşmasında təhsilin rolu”, “Şagirdlərin təlimə münasibətinin formalaşmasında sosial-pedaqoji amillər, onların əhəmiyyəti”, ”Şagirdlərin sosial fəallığında müasir təlim  texnologiyalarının rolu” kimi məsələlər müzakirə edildi.

Pedaqogika üzrə elmlər doktoru Ş. Əliyeva şəxsiyyətin sosiallaşmasına təsir edən amillərdən və  həyatda özünütəsdiq üçün təhsilin nə dərəcədə əhəmiyyətli amil olduğundan danışdı.

Müəllim S. Sadıqova universitetdə fəaliyyət göstərən gənclər təşkilatlarının tələbələrin sosiallaşmasındakı rolundan bəhs etdi. Dərs müddətində fəal və interaktiv təlim metodlarından istifadə edildi.

Ətraflı diskussiya  şəraitində keçən dərs tələbələrin böyük marağına səbəb oldu.

İctimaiyyətlə əlaqələr və markeinq şöbəsi