шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsinin Elmi Şurasının geniş tərkibdə iclası keçirilib

Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsinin   Elmi Şurasının geniş tərkibdə iclası keçirilib. İclasın gündəliyinə  fakültə Elmi Şurasının yeni tərkibinin seçilməsi daxil idi. İclasda  Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Elmi Şurasının Elmi katibi, dosent İradə Qasımova, fakültənin professor-müəllim heyəti, fakültə Tələbə Gənclər Təşkilatının və Tələbə Həmkarlar  Təşkilatının sədrləri iştirak ediblər.

Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsinin dekanı, pedaqogika üzrə elmlər doktoru Şəhla Əliyeva iclası giriş sözü ilə açaraq iştirakçıları gündəlik məsələ ilə tanış edib. İclasın sədri  bildirib ki,  Azərbaycan Respublikası Təhsil Nazirliyinin 10 oktyabr 1997-ci il tarixli 794 nömrəli əmri ilə təsdiq olunmuş “Ali təhsil müəssisələrinin fakültə Elmi Şurası haqqında Əsasnamə”yə uyğun olaraq  fakültə Elmi Şurasıının fəaliyyət müddəti bitdiyi üçün tərkib yenidən seçilməlidir.

Dosent Nailə Hüseynova, dosent Lamiyə Qurbanova, baş müəllim Zemfira Səlimova və başqaları çıxış edərək əməkdaşların  namizədliklərini irəli sürüblər. Professor Ərəstun Baxşəliyev fakültə kollektivinin böyük məsuliyyətlə çalışdığını və universitetin rektorunun xəttini dəstəklədiyini söyləyib.

Fakültə Elmi Şurasına 10 nəfər seçkidənkənar tutduğu vəzifəyə görə daxil olur. 9 nəfər əməkdaş isə yeni tərkibə seçilmək üçün gizli səsverməyə buraxılıb. Səshesablayıcı Komissiyanın üzvləri dosent Sevil Cəmilzadə, dosent Məlik Məlikov və müəllim Səbinə Əlizadə gizli səsverməni keçiriblər. Gizli səsvermə keçirilib. Səshesablayıcı Komissiyanın sədri, dosent S.Cəmilzadə nəticələri açıqlayıb və qərar qəbul olunub.

Professor Müseyib İlyasov çıxış edərək yeni heyəti təbrik edib. Universitet Elmi Şurasının Elmi katibi, dosent İradə Qasımova çıxış edərək tədrisin keyfiyyətinin yüksəldilməsi ilə bağlı universitetdə həyata keçirilən işlərdən danışıb və fakültə Elmi Şurasının üzvlərini təbrik edib, yeni heyətə və fakültə Elmi Şurasının işinə uğurlar arzulayıb.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi