шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsinin magistrantlarının “Mən autizmlə vidalaşmaq istəyirəm” adlı tədbiri

Aprelin 10-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsində Korreksiyaedici təlim kafedrasının II tədris ili  magistrlarının 2 Aprel- Ümumdünya Autizm Haqqında Maarifləndirmə Gününə həsr olunmuş “Mən autizmlə vidalaşmaq istəyirəm” adlı seminarının bədii hissəsi keçirilib. Tədbirdə fakültənin dekanı, pedaqogika üzrə  elmlər doktoru Şəhla Əliyeva, Korreksiyaedici təlim kafedrasının müdiri, dosent Nailə Hüseynova, dosent Səbinə Aslanova, “Zəka adası”  Şirkətinin direktoru Turqut Süleymanov, fakültənin müəllimləri və tələbələri iştirak ediblər. Bir neçə autizm sindromlu uşaqlar və magistrların çıxışlarının yer tutduğu tədbir iştirakçıların marağına səbəb olub. Belə ki, tədbirdə öncə magistrantların autizmli uşaqlara xas stereotipləri nümayiş etdirdikləri rəqs, autizmli uşaqların şeirləri (Adil Məmmədov – “Himnimiz”, Aslan Həbiyev – “Ana”), magistr Nigar Həsənovanın müşayiəti ilə Əli Əliyevin rəqsi, magistr Almaz Məmmədovanın müşayiəti ilə İsmayıl Mirzəyevin mahnı ifası, bir neçə magistrantın müşayiəti ilə Ayxan Quluzadənin “Qoçəli”  rəqsi öz əksini tapıb.

Tədbir magistrantların “Mən autizmlə vidalaşmaq istəyirəm” şüarının səsləndirilməsi ilə başa çatıb.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi