шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsinin tələbəsi Asiya çempionu oldu

  Bu günlərdə çox sevindirici bir xəbər aldıq: tələbəmiz Nurtəkin Məmmədli karate idman növü üzrə  Asiya  çempionu oldu.  

[gallery ID=307]

Nurtəkin Məmmədli 1999-cu il oktyabrın 20-də Qəbələ şəhərində anadan olub. Erkən yaşlarından idmana marağı olan Nurtəkin Məmmədli 6 yaşından karate idman növü ilə məşğul olmağa başlayıb. Ölkə daxilində və xarici ölkələrdə keçirilən yarışlarda iştirak edib, yer tutaraq medallarla təltif olunub. Azərbaycan və Avropa çempionudur. 41-i qızıl olmaqla, 45 medal  qazanıb.

Hazırda Azərbaycan Dövlət Pedaqoji Universitetinin Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsinin “Məktəbəqədər təlim və  tərbiyə” ixtisasında təhsil alan Nurtəkin Məmmədli eyni zamanda idmanla məşğul olmağa davam edir. Bu il martın 30-da Özbəkistanda keçirilən Asiya çempionatının qalibi olaraq uğurlarına birini də əlavə etdi.

Biz də bu münasibətlə Nurtəkin Məmmədlini təbrik edir, təhsildə və idmanda yeni-yeni uğurlar arzulayırıq.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi