шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

Mary Diane Whaley yenidən ADPU-da fəaliyyətə başladı

ABŞ Dövlət Departamentinin maliyyələşdirdiyi “İngilis dili mütəxəssisi” (English Language Specialist) təqaüd proqramı çərçivəsində İngilis dili üzrə mütəxəssis Mary Diane Whaley 1 aprel 2019-cu il tarixdən yenidən ADPU-da fəaliyyətə başlamışdır. Ekspertin 3 ay (aprel-iyun aylarında) müddətində fəaliyyət göstərəcəyi planlaşdırılmışdır. Bu müddət ərzində mütəxəssisin ingilis dilinin tədrisi səviyyəsinin artırılması məqsədilə bir sıra işlərə cəlbi, bu istiqamətdə aidiyyəti struktur rəhbərləri ilə görüşlərinin keçirilməsi, daha əvvəlki gəlişi zamanı bir qrup müəllim heyəti ilə birlikdə hazırladığı “İngilis dili müəlimliyi” ixtisasının yeni tədris planı layihəsi üzrə müəllimlərə təlimlərinin təşkili nəzərdə tutulmuşdur. Bu məqsədlə ekspertin 4 aprel 2019-cu il tarixdə Filologiya fakültəsinin dekanı, professor Mahirə Hüseynova, İngilis dili kafedrasının müdiri, dosent Gülçöhrə Alıyeva və bir sıra ingilis dili müəllimləri ilə görüşü keçirildi. Görüşdə ekspert təlimlərdə iştirakın könüllülük prinsipi əsasında olduğunu, seçilmiş müəllimlərin dərslərində iştirak edərək təlim zamanı öyrəndiklərinin dərsdə tətbiq etmələrini müşahidə edəcəyini bildirdi, eyni zamanda uğurlu nəticə əldə edən müəllimlərin təlimçi kimi hazırlanacağını qeyd etdi.

[gallery ID=304]

Universitetdə tədrisin keyfiyyətin artırılmasında xarici təcrübənin vacibliyini vurğulayan fakültə dekanı, professor Mahirə Hüseynova bu tip təlimlərin müəllimlərin peşəkarlığı baxımından əhəmiyyətinə toxundu və təlimlərin uğurlu nəticə əldə etməsi üçün hər cür dəstək göstərəcəyini söylədi.

Məlumat üçün qeyd edək ki, ekspert “İngilis dili müəllimliyi” ixstisasının yeni tədris planının hazırlanması məqsədilə ötən ilin noyabr-dekabr aylarında ADPU-ya dəvət olunmuşdur. Fəaliyyəti müddətində mütəxəssis universitetin aidiyyəti struktur rəhbərləri ilə görüşmüş, sillabusarın tərtibi mövzusunda professor-müəllim heyətinə təlimlər keçmiş, seçilmiş bir qrup ingilis dili müəllimi ilə birlikdə qeyd edilən ixtisasın yeni tədris planı layihəsi üzərində işləmişdir.

Tədqiqat və inkişaf şöbəsi