шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağırışaqədərki hazırlıq fakültəsi Aprel döyüşlərinə həsr olunmuş tədbir keçirib

Aprelin 3-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağırışaqədərki hazırlıq fakültəsi Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı ilə birgə Aprel döyüşlərinə həsr olunmuş tədbir keçirib. Tədbirdə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, ehtiyatda olan general-polkovnik Tofiq Ağahüseynov, ADPU-nun rektoru, professor Cəfər Cəfərov, Aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş polkovnik-leytenant Sənan Axundovun həyat yoldaşı Nəcibə Axundova, müharibə veteranları, universitetin  müəllimləri və tələbələri iştirak edibşlər. Qeyd edək ki, tədbirin keçirilməsində əsas məqsəd gənclər arasında vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, Azərbaycanın ərazi bütövlüyünün qorunması yolunda canından keçmiş, Vətən, xalq qarşısında əvəzsiz xidmətləri olan şəhidlərimizin tanıdılması, gənc nəslə onların həyat və fəaliyyətlərinin örnək olaraq təbliğ edilməsidir. 

[gallery ID=298]

ADPU-nun rektoru, professor Cəfər Cəfərov çıxışında Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının rəhbərliyinə bu cür tədbirlərin təşkilinə görə təşəkkür edib. Gənclərin üzərinə düşən məsuliyyətdən və rəhbərlik etdiyi universitetin gənclərinin təhsildə əldə etdiyi uğurlara nəzər salıb, Azərbaycanın gələcəyinin əmin əllərdə olmasını vurgulayıb.

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov, təşkilatın Hərbi vətənpərvərlik şöbəsinin rəisi, polkovnik Adil Haqverdiyev, şəhid Sənan Axundovun həyat yoldaşı Nəcibə Axundova, Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağırışaqədərki hazırlıq fakültəsinin dekanı, dosent Laçın Həsənova, baş müəllimi Natiq Əliyev, Aprel döyüşlərinin iştirakçısı, tələbə Elşad Məmmədov və başqaları çıxış edərək Aprel döyüşlərinin Azərbaycan Silahlı Qüvvələrinin erməni qəsbkarları üzərində inamlı qələbəsi və Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin əmri ilə istənilən vaxt işğal altında olan torpaqlarmızı azad edəcəyi əzminin göstəricisi olduğunu qeyd ediblər.

Sonra tədbir iştirakçıları Pedaqoji Universitetin müəllim və tələbələrinin Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov haqqında hazırladıqları videoçarxa baxıblar.

 Tədbirdə ADPU-nun rektoru, professor Cəfər Cəfərov “General Həzi Aslanov” yubiley medalı, universitetin bir qrup müəllim və tələbəsi isə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının fəxri fərmanı ilə təltif edilib.

Sonda mükafatlar və hədiyyələr verilib,  xatirə şəkilləri çəkdirilib. Tələbələrin hazırladıqları bədii-musiqili kompozisiya iştirakçılarda xoş əhvali-ruhiyyə yaradıb.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi