шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağırışaqədərki hazırlıq fakültəsində II musiqi terapiyası konfransı

Aprelin 18-də Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağırışaqədərki hazırlıq fakültəsində “Elm gününə” həsr olunmuş "İçimizdəki titrəşimlərə...səslərdən sonsuzluğa..." adlı II musiqi terapiyası konfransında Sənətşünaslıq doktoru, musiqişünas, musiqi, səs və nəfəs terapisti Züleyxa Abdullayeva və Azərbaycan Respublikası Təhsil İnstitutunun Psixologiya və yaş fiziologiyası şöbəsinin böyük elmi işçisi, dissertantı, musiqişünas Bahar Bəylərova-Ələkbərova çıxış etdilər. Məruzəçilər "Musiqi terapiyası" mövzusunda məruzə edərək, musiqi terapiya seansı gerçəkləşdirdilər. 

Ümumtəhsil məktəblərində musiqi dərslərinin əhəmiyyətindən, şagirdlərin yaş psixo-fiziologiyasını və maraqlarını nəzərə alaraq təşkilindən danışaraq geniş diskussiya apardılar. İştirakçılar musiqi zövqünün inkişafında, milli-mədəni dəyərlərin gənclərin mənəvi inkişafına təsirində məktəbin böyük rolu olduğunu bildirdilər. Orta təhsil məktəblərində “Musiqi fənni”nin tədrisində saatların az olmasını və dərslərin qeyri-ixtisas müəllimlər tərəfindən aparılması, bəzi məktəblərdə isə İncəsənət dərslərinin ayrı-ayrı fənnlərlə əvəz edilməsi bildirildi. Gənclərimizin mədəni irsimizi dərindən öyrənmələrinin vacibliyi vurğulandı.

Tədbir iştirakçıları bu məsələ ilə bağlı geniş fikir mübadiləsi apardılar.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi