шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağırışaqədərki hazırlıq fakültəsinin tələbələri İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş tədbirdə iştirak ediblər

Aprelin 15-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağırışaqədərki hazırlıq fakültəsinin tələbələrinin iştirakı ilə Nəsimi Rayon İcra Hakimiyyətində (RİH) böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə tələbələr Nəsiminin qəzəllərindən ibarət kompozisiya nümayiş etdiriblər. 

Sonra Nəsimi RİH-in başçısı Asif Əsgərov tələbələrə, tədbiri təşkil edənlərə, universitet rəhbərliyinə təşəkkür edib və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən bu ilin “Nəsimi ili” elan edilməsi ilə əlaqədar olaraq il ərzində Nəsimiyə həsr olunmuş silsilə tədbirlərin keçiriləcəyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Daha sonra çıxış üçün söz ADPU-nun Filologiya fakültəsinin Azərbaycan və dünya ədəbiyyatı kafedrasının professoru Yaqub Babayevə verilib. Professor Y.Babayev maraqlı məruzə ilə çıxış edərək Nəsiminin yaradıcılığı barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.

Tədbir Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağırışaqədərki hazırlıq fakültəsinin tələbələrinin və baş müəllim Nərmin Kamilovanın dirijorluğu ilə "İnşallah" xorunun ifası ilə sona çatıb.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi