шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

Öz qızına belə güzəştə getməyən rektor…

Bir neçə gün öncə dissertasiya işimi cildlətmək üçün çap işləri ilə məşğul olan bir salona getdim. Oranın mənə yardımçı olan əməkdaşı dissertasiyamın ilk səhifəsində Azərbaycan Turizm və Menecment Universiteti yazıldığını görüb maraqla soruşdu ki, çoxmu çətin oldu sizə. Çaşqınlıqla baxdığımı görüb izah etdi ki, onun dostlarından biri bu universitetin ilk tələbələrindən olub, lakin təhsilini 6 ilə güclə bitirib.

Əlaqələrinin genişliyinə arxayın olduğu üçün fənlərə ciddi yanaşmayıb, nəticədə kəsrləri yaranıb. Kəsrlərini düzəltdirmək üçün çox böyük yerlərdən zəng elətdirsə də, rektor bütün tapşırıqları rədd edib və tələbənin yalnız özü oxuyacağı halda imtahandan keçə biləcəyini bildirib. Sonra mənimlə söhbətə girişən bu əməkdaş nəhayətsiz bir təəccüblə bildirdi ki, bilirsiz, həmən rektorun qızı da orada oxuyurmuş və adam heç öz qızına da güzəştə getməyib. Bu yoldaşın dedikləri  sonuna qədər haqlı idi, orada oxuduğum və işlədiyim müddətdə Cəfər müəllimin nə qədər obyektiv, savadlı, praqmatik  insan olduğunun və o universiteti nə qədər şəffaf təməl prinsiplər üzərində qurduğunun şahidi olmuşam. Lakin bunları mənə nəhayətsiz təəccüblə danışan əməkdaşın təəccübünü çox yaxşı anlayıram, çünki çox təəssüflər olsun ki, ölkəmizdə "yuxarılardan" gələn zəngləri rədd edə biləcək və  hətta öz qızına belə güzəşt etməyəcək qədər şəffaf, demokratik  rektor gündüz vaxtı əldə çıraqla axtarılır. 

Cəfər müəllimin  vicdanlı və obyektiv fəaliyyətinin nəticəsi və sübutu Azərbaycan Turizm və Menecment Universiteti idi. Ölkə başçısı onun bu fəaliyyətini dəyərləndirdiyi və uğurlu islahatlar aparacağına inandığı üçün onu 2016-cı ildə ADPU-ya rektor təyin etdi. Lakin təbiidir ki, 100 ildir fəaliyyət göstərən, öz "dəyərləri", "prinsipləri"  hətta artıq yerləşdiyi binanın daşına, divarına da hopmuş bir ali təhsil müəssisəsində islahat aparmaq, yenilik gətirmək o qədər də asan iş deyil. Cəfər müəllim burada islahat aparmaq, yeni sistem qurmaq üçün köhnə sistemdən qurtulmalı və əli, ürəyi, vicdanı çirkaba batmış və adət etmiş kadrlardan azad olmalı idi. O, artıq 3 ilə yaxındır bu işlə məşğuldur. Köhnə sistemi dağıtdıqca, kadrların işinə xitam verdikcə müqavimət göstərir, əks-hücuma keçirlər. Mətbuatda oxuduğumuz həqiqəti əks etdirməyən, qərəzli yazılar da bu müqavimətin, əks-hücumun nəticəsi və sübutudur. Yazıları izlədikcə aydın olur ki, yazı tərzi, göstərilən fikirlər, müdafiə olunmağa cəhd edilən iddialar eyni qaynaqdan gəlir. 

 

Bu cür hücumlara dəstək verən media nümayəndələri anlamırlar ki, əslində öz övladlarının gələcəyini baltalayırlar. Cəfər Cəfərov kimi kadrlar ölkəmiz üçün, təhsilimiz çox gərəklidir. Onlara hücum etmək yox, dəstək olmaq lazımdır. ADPU təhsil sistemimizin onurğa sütunudur, indiyə qədər ölkəmizin bütün məktəbləri üçün 100 mindən artıq müəllim hazırlayıb. Oranın məzunları nə qədər şəffaf, demokratik mühitdə təhsil alıb obyektiv yanaşma görsələr, gələcəkdə o qədər də sağlam psixologiyalı şagirdlər yetişdirib cəmiyyətimizin xəstə beyinlərdən təmizlənməsinə yardımçı olacaqlar. Məncə düşünməyə dəyər...

Röyanə Cəfər