шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

Rəşad Mahmudoğlunun “Yanlış ünvan” adlı povestinin təqdimatı

Aprelin 17-də Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Filologiya fakültəsinin məzunu olmuş Rəşad Mahmudoğlunun “Yanlış ünvan” adlı povestinin təqdimatı keçirildi. Təqdimatda ADPU-nun professor-müəllim və tələbə heyəti, eləcə də bir çox tanınmış ictimai-siyasi və mədəniyyət nümayəndələri iştirak edirdilər.

ADPU-nun rektoru, professor Cəfər Cəfərovun təbrikini çatdıran Filologiya fakültəsinin dekanı, professor Mahirə Hüseynova müəllifə yeni yaradıcılıq uğurları arzuladı. Azərbaycan dilçiliyi kafedrasının dosenti Vaqif İsrafilov, Müasir Azərbaycan dili kafedrasının dosenti Yeganə Qəhrəmanova  və başqaları çıxış edərək Rəşad Mahmudoğlunun istedadlı şair olduğunu bildirdilər və ona yeni-yeni uğurlar arzuladılar. Tədbir olduqca maraqlı keçdi.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi