шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

Riyaziyyat və informatika fakültəsində elmi-innovativ seminar

Aprelin 17-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Riyaziyyat və informatika fakültəsində elmi-innovativ seminar keçirilib. Seminarda Riyaziyyat və informatika fakültəsinin professor-müəllim heyəti iştirak edib.

Seminarı giriş sözü ilə fakültənin dekan müavini, dosent Allahverdi Cəfərov açıb və seminarın işinə uğurlar arzulayıb. Sonra “Orta məktəbdə riyaziyyat dərslərində tarixi məlumatların istifadə metodikası” mövzusunda məruzə ilə çıxış etmək üçün söz Riyaziyyat və onun tədrisi metodikası kafedrasının baş müəllimi Solmaz Həsənovaya verilib. Baş müəllim Solmaz Həsənova mövzu ilə bağlı geniş və ətraflı çıxış edib, sualları cavablandırıb. Onun məruzəsi iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Sonda mövzu ətrafında geniş müzakirə aparılıb, maraqlı fikir və təkliflər səsləndirilib.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi