шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

Tarix və coğrafiya fakültəsində “31 Mart soyqırımı” adlı tədbir

Aprelin 4-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Tarix və coğrafiya fakültəsinin dekan müavini, tarix üzrə fəlsəfə doktoru Habil Həsənov və Filologiya fakültəsinin İngilis dili kafedrasının dosenti Svetlana Məmmədovanın təşkilatçılığı ilə TAR 1804-cü qrup tələbələrinin “31 Mart soyqırımı” adlı tədbiri keçirilib.

Tədbirdə İngilis dili kafedrasının baş müəllimləri Sevda Ağayeva, Məlahət Səmədova və onların tədris etdikləri TAR 1803 və TAR 1804-cü qrup tələbələri iştirak ediblər. Tələbələr hər iki dildə xalqımızın faciəsindən geniş məlumat verərək, şeirlər söyləyiblər. Tələbələrin çıxışları sinxron olaraq videoçarxla müşayiət olunub.

Tədbirin sonunda dekan müavini, tarix üzrə fəlsəfə doktoru Habil Həsənov dosent Svetlana Məmmədovaya, həmçinin tədbirdə iştirak edən müəllim və tələbələrə öz minnətdarlığını bildirib.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi