шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

Tarix və coğrafiya fakültəsində “Açıq qapı günü” ilə əlaqədar görüş

Azərbaycan Dövlət Pedaqoji Universitetinin  (ADPU) 2 nömrəli tədris binasında 2018-2019-cu tədris ili üçün  “Açıq qapı günü” ilə əlaqədar  olaraq aprelin 3-də Tarix və coğrafiya fakültəsinin professor-müəllim heyəti Bakı şəhərinin Nərimanov rayonunun  212 nömrəli tam orta məktəbinin müəllim və XI sinif şagirdləri ilə görüş keçirib.  Tədbir iştirakçıları öncə Heydər Əliyev Mərkəzini ziyarət edərək Mərkəzin işi ilə yaxından tanış olublar, sonra tədbir universitetin akt zalında  davam edib.

Tədbiri giriş sözü ilə açan Tarix və coğrafiya fakültəsinin dekanı, dosent Şahin Pənahov ADPU -da son illər həyata keçirilən yeniliklərdən, təhsil sahəsindəki inkişafdan və uğurlardan danışıb.

Sonra söz  212 nömrəli tam orta məktəbin direktoru Məlahət Rəhimovaya verilib. O, “ Açıq qapı  günü” nə həsr edilmiş tədbiri təşkil etdiklərinə görə ADPU-nun rəhbərliyinə dərin təşəkkürünü bildirib.

Sonra “Tarix və coğrafiya müəllimliyi” ixtisasına 603 balla qəbul olunmuş Sehranə Abdullayeva çıxış edərək ADPU-nun tələbəsi olmaqdan qürur duyduğunu bildirib.

Tədbirdə  iştirak edən Ümumi tarix kafedrasının müdiri, AMEA-nın müxbir üzvü,  Vəli Əliyev, Ümumi pedaqogika kafedrasının müdiri, professor İramin İsayev, Tarix və coğrafiya fakültəsinin dekan müavini Habil Həsənov şagirdlərin suallarını cavablandırıblar.

Şagirdlər universitetin elektron kitabxanası, idman zalı, yeməkxanası və auditoriyaları ilə tanış olduqdan sonra xatirə şəkilləri çəkdiriblər.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi