шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

Tarix və coğrafiya fakültəsinin tələbələri BMT-nin Bakı Ofisində görüşdə iştirak ediblər

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Tarix və coğrafiya fakültəsinin tələbələri və fakültənin dekanı, dosent Şahin Pənahov  BMT-nin Bakı Ofisində görüşdə iştirak ediblər.

BMT-nin  İnkişaf Proqramı və Könüllülər Proqramının təşkil etdiyi görüşdə tələbələrə Dayanıqlı İnkişaf Məqsədləri və Könüllülük imkanları haqqında məlumat verilib , onların sualları cavablandırılıb.

Qeyd edək ki, ADPU-da Dayanıqlı İnkişaf üzrə İnformasiya və Təlim Mərkəzi yaradılıb. Tarix və coğrafiya fakültəsinin “Sosial iş” ixtisası üzrə təhsil alan tələbələrə həmin fakültənin dekanı Şahin Pənahovun hazırladığı “Dayanıqlı inkişaf məqsədləri” kursu tədris olunur.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi