шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

ADPU-nun Quba Filialında pedaqoji təcrübənin başlanmasına həsr olunmuş konfrans keçirilib

Fevralın 18-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba Filialında “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi”, “Tarix və coğrafiya müəllimliyi”, “İbtidai sinif müəllimliyi”, “Riyaziyyat və informatika müəllimliyi”, “Təhsildə sosial-psixoloji xidmət”, “Məktəbəqədər təlim və tərbiyə“ ixtisaslarının sonuncu tədris ili tələbələrinin  pedaqoji təcrübəsinə  həsr olunmuş konfrans  keçirilib.

[gallery ID=210]

Konfransda filialın direktoru, professor Əli Allahverdiyev, Pedaqoji təcrübə rəhbəri Səlimə Müzəffərova, fakültə dekanı, filologiya üzrə fəlsəfə doktoru Qələmşah İdrisov, kafedra müdirləri və metodist müəllimlər, təcrübə keçəcək tələbələr iştirak ediblər.

Konfransı giriş sözü ilə açan Pedaqoji təcrübə rəhbəri Səlimə Müzəffərova bildirib ki, filialın  tələbələri Quba şəhər 1, 2 və 4 nömrəli tam orta məktəblərdə, 1 və 2 nömrəli körpələr evi-uşaq bağçasında, həmçinin “Viqas Med” Psixoloji və Nitq İnkişafı Mərkəzində təcrübə keçəcəklər.

Konfransda Təbiət fənləri və onun tədrisi metodikası kafedrası üzrə pedaqoji təcrübə rəhbəri, dosent Güləddin Həmzəyev, Ədəbiyyat və dillər kafedrası üzrə pedaqoji təcrübə rəhbərləri  Aysel Şeydayeva, dosent Gülşən Ağabəy, dekan müavini, psixoloq Nübar Bayramova,  pedaqoq, Pedaqoji və ictimai fənlər kafedrasının baş müəllimi Pərvanə Rzayeva çıxış edərək pedaqoji təcrübənin əhəmiyyəti, pedaqoji sənədlərin tərtib edilməsi qaydaları, pedaqoji təcrübə zamanı tələbələrin bilik və bacarıqlarının üzə çıxarılması üçün metodistlərin görməli olduğu işlər haqqında ətraflı məlumat veriblər.

Sonda  təcrübə keçəcək tələbələri maraqlandıran suallar cavablandırılıb.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi