шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

Filologiya fakültəsinin Elmi Şurasının iclası keçirilib

Fevralın  8-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Filologiya fakültəsinin Elmi Şurasının iclası keçirilib. İclasda İnsan resursları şöbəsinin müdiri Qumral Qədimova, universitetin Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Vaqif Əliyev, baş hüquqşünas Zakir Nağıyev iştirak ediblər. 

İclasın sədri, fakültənin dekanı, professor Mahirə Hüseynova Elmi Şura üzvlərini gündəlikdə duran  “Müasir Azərbaycan dili, Azərbaycan dilçiliyi, Azərbaycan dili və onun tədrisi metodikası kafedralarına müdir vəzifəsinə seçki” haqqında seçicilərə ətraflı məlumat verib.

Sonra sədr yuxarıda adı qeyd olunan kafedralara müdir vəzifəsinə namizədliyini irəli sürmüş əməkdaşlara - professor Nizami Xudiyevə, professor Buludxan Xəlilova, filologiya üzrə elmlər doktoru Kamil Bəşirova,  professor İbrahim Bayramova, dosent Ədalət Abbasova, dosent Sevda Abbasovaya söz verib. Namizədlər öz platformaları haqqında danışıblar. 

3 nəfərdən ibarət səs hesablayıcı komissiya təşkil olunub və səsvermə nəticəsində Azərbaycan dilçiliyi kafedrasının müdiri vəzifəsinə professor Nizami Xudiyev, Müasir Azərbaycan dili kafedrasının müdiri vəzifəsinə professor Buludxan Xəlilov, Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının müdiri vəzifəsinə isə dosent Sevda Abbasova səs çoxluğu ilə seçilib.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi