шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

Filologiya fakültəsinin Elmi Şurasının iclası keçirilib

Fevralın 12-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Filologiya fakültəsinin Elmi Şurasının iclası keçirilib. İclasda fakültə Elmi Şurasının üzvləri, habelə İnsan resursları şöbəsinin müdiri Qumral Qədimova, universitetin Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Vaqif Əliyev, baş hüquqşünas Zakir Nağıyev iştirak ediblər. 

İclasın sədri, fakültənin dekanı, professor Mahirə Hüseynova Elmi Şura üzvlərinə gündəlikdə duran “Ədəbiyyat və onun tədrisi metodikası, Azərbaycan və dünya ədəbiyyatı kafedralarına müdir vəzifəsinə seçki” haqqında ətraflı məlumat verib.

Sonra sədr yuxarıda adları qeyd olunan kafedralara müdir vəzifəsinə namizədliyini irəli sürmüş əməkdaşlara – dosent Razim Məmmədova və dosent Nazilə Abdullazadəyə  söz verib. Namizədlər öz platformaları haqqında danışıblar. 

3 nəfərdən ibarət səs hesablayıcı komissiya təşkil olunub və səsvermə nəticəsində Ədəbiyyat və onun tədrisi metodikası kafedrasının müdiri vəzifəsinə dosent Nazilə Abdullazadə, Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri vəzifəsinə isə dosent Razim Məmmədov səs çoxluğu ilə seçilib.

Sonda professor Mahirə Hüseynova yeni seçilən kafedra müdirlərinə və əməkdaşlara böyük uğurlar arzulayıb.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi