шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

Fizika və texnologiya fakültəsində elmi seminar

Fevralın 20-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin  Fizika və texnologiya fakültəsinin Fizikanın tədrisi metodikası kafedrasının dosenti Xəlil Padarovun "Ümumdünya cazibə qanununun elmi-metodik təhlili" mövzusunda elmi seminarı keçirilib. Seminarda fakültənin professor-müəllim heyəti, magistrantlar və tələbələr  iştirak ediblər.

 Dosent X. Padarov ümumdünya cazibə qanununun əhəmiyyətindən və onun fizika elminin inkişafında rolu haqqında geniş məlumat verib. Qeyd edib ki, bu qanunun tədrisində ən müasir təlim vasitələrindən istifadə etmək daha məqsədəuyğundur.

Çıxış edən fakültənin dekanı, dosent Arzu Daşdəmirov, professor Şükür Əlizadə və başqaları bu mövzunun tədrisində meydana çıxan çətinliklərin dərsin quruluş mərhələlərinə düzgün əməl edilməməsindən irəli gəldiyini söyləyiblər. 

Dosent X.Padarovun elmi seminarı uğurla keçirməsi iştirakçılar tərəfindən təsdiqlənib.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi