шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

İbtidai təhsilin pedaqogikası və metodikası kafedrasında növbəti elmi seminar

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) İbtidai təhsil fakültəsinin İbtidai təhsilin pedaqogikası və metodikası kafedrasında növbəti elmi seminar keçirilib. Elmi seminarı giriş sözü ilə dosent Gülşən Novruzova açaraq təqdimat üçün kafedranın baş müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Firəngiz Kərimovanı  dəvət edib.

“Təhsilin davamlı inkişafı qlobal məqsəddir” mövzusunda çıxış edən məruzəçi Təhsil və tədqiqatın bütün Dayanıqlı İnkişaf Məqsədləri ( DİM) üçün mühüm əhəmiyyətini nəzərə alaraq ali təhsillə bağlı, xüsusilə də, pedaqoji kadr hazırlığı ilə əlaqəli məsələləri öyrənmək məqsədini daşıdığını vurğulayıb. “Dayanıqlı İnkişaf üzrə 2030 Gündəliyi”ndə  ali pedaqoji təhsilin DİM-ə yardımı yollarını müəyyənləşdirmək, bu yanaşma ilə dünya təhsil məkanına inteqrasiyaya  hazırlıq üçün baza formalaşdırmaq, keyfiyyətli müəllim kadrlarının hazırlanmasına, universitetin beynəlmiləlləşməsinə kömək etmək  kimi məsələlər haqqında məruzə edib.

Elmi seminarda əməkdaşlar arasında fikir mübadiləsi aparılıb.  

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi