шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

"Sağlam gələcək, İdmanla gələcək" - regional voleybol yarışı layihəsinin final oyunu – Ağcabədi

Fevralın 20-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ağcabədi Filialının idman zalında Azərbaycan Respublikasının  Gənclər Fondunun (AzGF) maliyyə dəstəyi ilə ADPU-nun Ağcabədi Filialının Tarix və coğrafiya fakültəsinin IV tədris ili tələbəsi Xaliq Abbasovun fərdi layihəsi olan "Sağlam gələcək, İdmanla gələcək" adlı gənclərin regional voleybol yarışı layihəsinin final oyunları keçirilib. 

[gallery ID=212]

Finala vəsiqə qazanmış komandalar - ADPU-nun Şəki Filialının “Avangers”, ADPU-nun Cəlilabad Filialının “Cənub” və ADPU-nun Ağcabədi Filialının “Sabah” komandaları finalda gərgin mübarizə aparıblar.

Yarışdan öncə komandaların paradı keçirilib və ADPU-nun Ağcabədi Filialının fiziki tərbiyə müəllimi, yarışın hakimi Şamil Əmirli komandaların yarışa hazır olması haqqında filialının direktoru, dosent Mətanət Fərzəliyevaya raport verib. Raportu qəbul edən xanım direktor çıxış edərək hər üç filialdan olan tamaşaçıları, finalçı komandaları salamlayıb və onlara uğurlar arzulayıb. ADPU-nun bütün filiallarının vahid bir ailənin üzvləri olduğunu və bu kimi dostluq yarışlarının qarşılıqlı əlaqələrə, tələbələrin mədəni təmasına çox müsbət təsir etdiyini vurğulayıb. Filialın tələbəsi Xaliq Abbasovun bu layihəsinin region gənclərinin inkişafına və ADPU-nun filiallarının daha da yaxınlaşmasına stimul verdiyi ifadə olunub.

Sonra Azərbaycan Respublikasının Dövlət Himninin təntənəli sədaları altında komanda kapitanları dövlət bayrağını qaldırıblar.

Püşkatmanın nəticələrinə görə əvvəlcə Cəlilabad və Şəki filiallarıının komandaları meydanda üz-üzə gəliblər. Meydandan qalib ayrılan Şəki Filialı Ağcabədi Filialının komandası ilə qarşılaşıb. Qızğın şəraitdə keçən oyunun sonunda Ağcabədi Filialının “Sabah” komandası rəqibini 3:0 hesabı ilə üstələyərək 20 gündür davam edən yarışların qalibi adını qazanıb.

Komandaların təltif edilməsi və layihənin bağlanış mərasimində ADPU-nun Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin baş mütəxəssisi Sahil Qələndərov, mütəxəssis (ictimai əsaslarla) Cavid Hüseynov, filialın direktoru, dosent Mətanət Fərzəliyeva, layihə rəhbəri Xaliq Abbasov, Cəlilabad Rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi, olimpiya kateqoriyalı baş məşqçi Qadir Babayev və filial nümayəndələri iştirak ediblər.

Qalib komanda kubok və sertifikat, filial rəhbərliyi tərəfindən pul mükafatı ilə, digər komandalar isə sertifikatlarla təltif ediliblər.

Sonda  xatirə şəkli çəkdirilib.

 

ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi