шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

ADPU-da "Qadınlar gülsə, dünya güləcək" adlı konsert proqramı keçirilib

Martın 7-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 8 Mart- Beynəlxalq Qadınlar Günü münasibətilə "Qadınlar gülsə, dünya güləcək" adlı konsert proqramı keçirilib. Konsert proqramında ADPU-nun rəhbərliyi, professor-müəllim heyəti və tələbələri iştirak ediblər. Qeyd edək ki, konsert proqramı Filologiya fakültəsinin tələbə həmkarlar təşkilatının  və SABAH qruplarının tələbə həmkarlar təşkilatının  birgə təşəbbüsü ilə gerçəkləşib.

[gallery ID=254]

Əvvəlcə söz Filologiya fakültəsinin dekanı, professor  Mahirə Hüseynovaya və SABAH qruplarının koordinator rəhbəri Lalə Mürsəlbəyovaya verilib. Onların təbrik çıxışlarından sonra konsert proqramı keçirilib. Konsert proqramı hamıda xoş əhvali-ruhiyyə yaradıb.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi