шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

ADPU-da "Sabaha baxış" layihəsinin qalibləri seçildi

Azərbaycan Respublikasının Gənclər Fondunun (AzGF) maliyyə dəstəyi və Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Tələbə Gənclər Təşkilatının təşkilati dəstəyi ilə ADPU-da icra olunan "Sabaha baxış" layihəsinin ikinci mərhələsi və finalı keçirilmişdir. Layihə tələbələr arasında kitab mütaliəsinə marağın artırılması və esse yazma, tənqidi təfəkkür bacarıqlarını stimullaşdırmaq məqsədi daşıyır.

[gallery ID=258]

Layihənin martın 11-də keçirilən  ikinci mərhələsində  giriş sözü ilə çıxış edən Tələbə Gənclər Təşkilatının (TGT) sədri Taleh Budaqov ADPU-da tələbələrin asudə vaxtlarını dəyərləndirmələri üçün yaradılan imkanlar, bu yöndə təşkilatın fəaliyyəti və təşkilatın dəstəyi ilə universitet tələbələrinin icra etdikləri qrant layihələri haqqında danışaraq "Sabaha baxış"ın da bu layihələrdən biri olduğunu vurğulayıb.

Layihə rəhbəri, Filologiya fakültəsinin III tədris ili tələbəsi Lamiyə Rzayeva ikinci mərhələyə seçilən 30 tələbəyə uğurlar arzulayıb və onlara növbəti seçim mərhələsinin şərtləri  barədə  ətraflı məlumat verib.

Bu mərhələdə iştirakçılar öncə mütaliə etdikləri 3 bədii əsərin qısa məzmunu haqqında esselər yazıblar. Obyektivliyin qorunması üçün tələbələr nəzarətçi müəllimlərin müşayiəti ilə 90 dəqiqə ərzində yazı işlərini yerinə yetirmiş və esselər münsiflər heyəti tərəfindən çevik şəkildə qiymətləndirilərək finala vəsiqə qazanan 10 iştirakçı müəyyən olunub.

Martın 12-də isə müsabiqənin final mərhələsi keçirilib. Finala vəsiqə qazanan iştirakçılar 10 dəqiqə ərzində mütaliə etdikləri əsər haqqında təhlillərini verib, şifahi nitq və nəticəçıxarma qabiliyyətlərini nümayiş etdiriblər. Münsiflər heyətinin qiymətləndirməsinə əsasən ilk üç yerin sahibi bəlli olub. Birinci yerin sahibi Filologiya fakültəsinin tələbəsi Səma Məmmədsalahova, ikinci yerin sahibi Filologiya fakültəsinin tələbəsi Həbib Yolçiyev, üçüncü yerin sahibi isə İbtidai təhsil fakültəsinin tələbəsi Aysel Əsgərova olub. Qaliblər diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıb, eyni zamanda fərqlənən 20 iştirakçı sertikifatla təltif edilib.

Mükafatlandırma mərasimində Sosial və humanitar məsələlər üzrə prorektor, professor Fikrət Rzayev, professor Yaqub Babayev, TGT sədri Taleh Budaqov və layihə rəhbəri Lamiyə Rzayeva iştirak ediblər.

Çıxış edən Sosial və humanitar məsələlər üzrə prorektor, professor F.Rzayev qalibləri təbrik edib, bütün iştirakçılara uğurlar arzulayaraq hər bir gəncin qalibiyyətə müvəffəq olmaq gücündə olduğunu vurğulayıb. Bu fərdi qrant layihəsini qazanan Lamiyə xanımın, müsabiqənin qalibi olan içtirakçı tələbələrin bunun bariz nümunəsi olduğunu, təkcə başlamaq üçün addım atmağın lazım olduğunu bildirib.

Professor Y.Babayev gənclərin bədii ədəbiyyata, tənqidi təfəkkürə müsbət münasibətin təzahürü olan bu müsabiqəyə qatılmalarının özünün bir cəsarət nümunəsi olduğunu qeyd edib, onların hamısının qalib olduğunu deyib.

Sonda müsabiqənin təşkilində, seçimlərdə və nəhayət, qaliblərin müəyyən olunmasında böyük əməkləri olan münsiflər heyətinin üzvləri – dosent Şöhrət Məmmədova, filologiya üzrə fəlsəfə doktoru Ulduz Qəhrəmanovaya və filologiya üzrə fəlsəfə doktoru Şəhanə Məhərrəmovaya da təşəkkürnamələr təqdim edilib.

Tədbir iştirakçılarına kitab mütaliəsi ilə bağlı maarifləndirici bukletlər paylanılıb.

ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi