шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

ADPU-nun Ağcabədi Filialında “Elm günü” münasibətilə elmi-praktik konfrans keçirildi

Azərbaycan Dövlət Pedaqoji  Universitetinin (ADPU) Ağcabədi Filialında “Elm günü” münasibətilə “Heydər Əliyevin Azərbaycan elminin inkişafında rolu” mövzusunda elmi-praktik konfrans keçirildi. Konfransda filialın professor-müəllim heyəti və tələbələri iştirak edirdi.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. 

Konfransı giriş sözü ilə açan filialın direktoru, dosent Mətanət Fərzəliyeva Azərbaycan elminin inkişaf tarixi, sayılıb-seçilən elm adamları, elmin, təhsilin inkişafına diqqət və qayğısını əsirgəməyən böyük tarixi şəxsiyyətlərdən danışdı. Qeyd etdi ki, Azərbaycan elmi bu gün yüksək nailiyyətlər qazanır və təbii ki, bu nailiyyətlərin əldə olunması ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. İstər Azərbaycana rəhbərliyinin birinci dövründə, istərsə də son dövrlərdə Azərbaycan elminin inkişafı Ulu Öndərimizin strateji fəaliyyət planının əsasını təşkil etmişdir.

Konfransın gündəliyi elan olunmazdan əvvəl Azərbaycan elminin inkişafı ilə əlaqədar Ulu Öndərimizin çıxışlarının müəyyən bir hissəsini əhatə edən videolent nümayiş etdirildi.

Sonra dosent M.Fərzəliyeva konfrans iştirakçılarını gündəliklə tanış etdi və ilk məruzə üçün sözü filialın Xüsusi və ümumelmi fənlər kafedrasının müdiri, dosent əvəzi Tahir Kərimliyə verdi. “Heydər Əliyev və Azərbaycan elmi” mövzusunda məruzə edən Tahir Kərimli Azərbaycan elminin dünəni, bu ğünü və gələcəyi ilə bağlı ətraflı danışdı. Xalqımız müstəqillik əldə etdikdən sonra Azərbaycan elminin inkişafı sahəsində əldə edilmiş nailiyyətləri fərəh hissi ilə qeyd etdi. Məruzəçi Azərbaycan elminin qayğısını çəkən ümummilli liderimiz Heydər Əliyevin “Təhsil millətin gələcəyidir” deyiminin mahiyyətini açıqladı.

Növbəti məruzə üçün söz filialın Tədris və elmi işlər üzrə direktor müavini, dosent Seymur Süleymanova verildi. “Heydər Əliyevin milli təhsilimizin inkişafında rolu” mövzusunda məruzə edən S.Süleymanov bildirdi ki, Ulu Öndərimiz ölkənin və xalqın taleyində, hərtərəfli tərəqqi etməsində təhsilin rolunu vacib bilmiş, yüksək dəyərləndirmişdir.

Məruzəçi qüdrətli lider Heydər Əliyevin həm təhsilin məzmunu, mahiyyəti, məqsədləri, səmərəli təşkili, həm də Azərbaycan təhsilinin hərtərəfli yüksəlişi sahəsində atdığı məqsədyönlü addımlar, Azərbaycan təhsilinin dünya təhsil sisteminə inteqrasiyası kimi məsələlərdən danışdı.

Sonuncu məruzə üçün söz Dillər, ədəbiyyat və onların tədrisi metodikası kafedrasının müdiri, dosent Vaqif Allahverdiyevə verildi. “Müstəqillik dövründə Azərbaycan ədəbiyyatının inkişafı” mövzusunda məruzə edən dosent V.Allahverdiyev həmin illərdə yaranmış ədəbiyyat nümunələrindən, dövrün yetişdirdiyi sənətkarların həyat və bədii fəaliyyətindən danışdı. Məlum oldu ki, müstəqillik illərində yaradılmış ədəbiyyatımızın böyük əksəriyyəti öz mayasını, rişəsini xalqımızın qanı bahasına əldə etdiyi suverenlik, azadlıq və istiqlaliyyət duyğusundan almışdır.

Dosent  V. Allahverdiyev “Elm günü” münasibətilə konfrans iştirakçılarını təbrik etdi və vurğuladı ki, Azərbaycan elmi öz tarixi inkişafı üçün ümummilli liderimiz Heydər Əliyevə borcludur. Biz bütün əməli fəaliyyətimizlə Ulu Öndərimizin bizə miras qoyduğu ənənələrə sahib çıxmalı, onun ideyalarına sədaqətlə xidmət etməliyik.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi