шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

ADPU-nun Ağcabədi Filialında Novruz bayramı münasibətilə tədbir keçirildi

Martın 15-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ağcabədi Filialında bayram tədbiri keçirildi. Tədbirdə filialın professor-müəllim heyəti və tələbələr iştirak edirdi.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

[gallery ID=285]

Tədbirin açılışı üçün söz filialın direktoru, dosent Mətanət Fərzəliyevaya verildi. O, filialın kollektivini Novruz bayramının gəlişi münasibətilə təbrik etdi, əmin-amanlıq, bol ruzi və düşmən üzərində qalibiyyət arzuladı.

Dosent M.Fərzəliyeva çıxışının sonunda bahar bayramı münasibətilə bir qrup qabaqcıl müəllimi və əməkdaşı filialın ictimai-siyasi həyatında fəal iştirakına görə fəxri fərmanla təltif etdi.

Bayram tədbirində tələbə-gənclərdən ibarət voleybol komandasının üzvləri  “Sağlam gələcək idmanla gələcək” layihəsində fəal iştirakına görə fəxri diplomlarla təltif olundu.

Bayram tədbiri filial tələbələrinin hazırladıqları musiqili-əyləncəli proqramla davam etdirildi.

 Novruz personajları olan Kosa, Keçəl və Bahar qızın gəlişi tədbirə xüsusi rəng qatdı. Əlvan musiqi və səhnəciklər tədbir iştirakçılarının zövqünü oxşadı.

Tədbirin sonunda Novruz tonqalı yandırıldı. Tonqal ətrafında toplaşan kollektiv üzvləri növbəti bayram tonqalının işğaldan azad ediləcək Azərbaycan torpaqlarında yandırılmasını arzu etdilər.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi