шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

ADPU-nun dosenti Rəhimə Məmmədova beynəlxalq konfransda videotəqdimatla çıxış edib

Kimya və biologiya fakültəsinin Analitik və üzvi kimya kafedrasının dosenti Rəhimə Məmmədovanın  “Advantages of providing of biological activity of polymer composition on the basis of crosses” mövzusunda videotəqdimatı  18-19 mart 2019-cu il tarixdə Amsterdamda təşkil edilən “Polymer-Biopolymer Chemistry-2019” mövzusunda IV beynəlxalq konfransda müzakirə edilmişdir. Qeyd etmək lazımdır ki, dosent Rəhimə Məmmədova konfransın proqram meneceri Elsa Larssonun təklifi əsasında bu prosesə qoşulmuşdur. Məruzəçi həmkarlarına istismarda olmuş aşağı sıxlıqlı polietilenin antimikrob əlavələr ilə kimyəvi modifikasiyasının üstunlüklərindən bəhs etmiş, alınmış yeni polimer kompozisiyasının tərkib və xassələrinin tədqiqinin nəticələrini təhlilini aparmış, yeni polimer kompozisiyasının həlledici mühitinə davamlılığını nümayiş etdirmiş, əldə etdiyi elmi nəticələrin iqtisadi və ekoloji əhəmiyyətini açıqlamışdır.

[gallery ID=289]

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi