шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

ADPU-nun Şəki Filialında “Elm günü”nə həsr olunmuş konfrans maraqla qarşılanıb

Martın 28-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki Filialında “Elm günü”nə həsr olunmuş “Qloballaşan dünyada elm: yeni çağırışlar və inkişaf istiqamətləri” mövzusunda elmi konfrans keçirilib. Konfransdan öncə iştirakçılar filial əməkdaşlarının elmi nailiyyətlərini əks etdirən sərgi ilə tanış olublar.

Konfransı giriş sözü ilə açan filialın direktoru, riyaziyyat üzrə elmlər doktoru, dosent Rafiq Rasulov Azərbaycan Respublikasının  Prezidenti cənab İlham Əliyevin 9 aprel 2018-ci il tarixli Sərəncamı ilə  martın 27-nin “Azərbaycanda elm günü” kimi qeyd edilməsini əhəmiyyətli tarixi hadisə adlandırıb, elm və təhsil sahəsində  həyata keçirilən məqsədyönlü siyasətin uğurlu nəticələrindən bəhs edib.

Konfransda filialın elmi işlər üzrə direktor müavini, dosent Nuralı Çələbiyevin “Qloballaşan dünyada elmi və texnoloji inkişafın paradiqmaları” mövzusunda məruzəsi dinlənilib.

Məruzə ətrafında filialın Ümumelmi fənlər kafedrasının müdiri, dosent Sədrəddin Bədiyev “Müasir pedaqogika elminin inkişaf istiqamətləri”, Humanitar fənlər kafedrasının baş müəllimi Həbibulla Manaflı “İslam dinində elmə sahib olmağa dair çağırışlar”, baş müəllim Tahir Məhərrəmov “Heydər Əliyev və Azərbaycanda elmi infrastrukturun formalaşması”, Təbiət fənləri və onların tədrisi metodikası kafedrasının müəllimi Şirəli Abbasov “Alternativ və bərpa olunan enerji mənbələrindən istifadə və onun  perspektivləri”, həmin kafedranın müəllimi Ulduz Əbdurrəhimova “Rəqəmsal texnologiyalar və onların tətbiq sahələri”, Dillər kafedrasının baş müəllimi Ədalət Musayeva “Təhsildə innovasiya təhsil yeniliyindən daha geniş bir konseptdir” , müəllim Aytən Qasımova “Müasir təhsil sistemində İKT-nin rolu” mövzularında çıxışlar ediblər.

Konfransda elmi-texnoloji naliyyətlərə aid videoçarx nümayiş etdirilib.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi